...

Eurovision.tv saytında Azərbaycanla bağlı yeni layihəyə başlanılıb

Cəmiyyət Materials 2 Mart 2012 13:51 (UTC +04:00)
Eurovision.tv saytında "Eurovision" mahnı müsabiqəsi Bakı- 2012 İşçi Qrupunun "Azərbaycana səyahət" layihəsi start götürüb. Bu barədə Trend cümə günü "Eurovision-2012" mahnı müsabiqəsinin rəsmi saytına istinadən məlumat verir.
Eurovision.tv saytında Azərbaycanla bağlı yeni layihəyə başlanılıb

Azərbaycan, Bakı, 2 mart / Trend müxbir İ.İsabalayeva/

Eurovision.tv saytında "Eurovision" mahnı müsabiqəsi Bakı- 2012 İşçi Qrupunun "Azərbaycana səyahət" layihəsi start götürüb. Bu barədə Trend cümə günü "Eurovision-2012" mahnı müsabiqəsinin rəsmi saytına istinadən məlumat verir.

Bu silsilədən yayımlanacaq reportajlarda qədim tarixi olan Azərbaycanın mədəniyyəti, incəsənəti və turizm məkanları tanıdılacaq. Eləcə də Azərbaycan xalqının çoxəsrlik adət-ənənələri, milli-mədəni dəyərləri, memarlıq və sənət inciləri barəsində videomateriallar yayımlanacaq.

Həmin silsilədən ilk reportaj İçərişəhərdə çəkilib.

Xəbər lenti

Xəbər lenti