...

Gürcüstan spikeri azərbaycanlıların yaşadığı kəndlərdə məktəblərin təməlini qoyub

Cəmiyyət Materials 9 Mart 2012 17:49 (UTC +04:00)
Gürcüstan parlamentinin sədri David Bakradze təhsil naziri Dmitri Şaşkinlə birlikdə Saqareco rayonunun İormuqanlo kəndində Gürcü Dili Evinin açılışında iştirak edib.
Gürcüstan spikeri azərbaycanlıların yaşadığı kəndlərdə məktəblərin təməlini qoyub

Gürcüstan, Tbilisi, 9 mart /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan parlamentinin sədri David Bakradze təhsil naziri Dmitri Şaşkinlə birlikdə Saqareco rayonunun İormuqanlo kəndində (Gürcüstanın şərqində Kaxeti rayonu) Gürcü Dili Evinin açılışında iştirak edib. Həmin mərkəzdə azərbaycanlılar səylə gürcü dilini öyrənə biləcəklər.

Trend-in məlumatına görə, burada yaşından asılı olmayaraq bütün arzu edən şəxslər gürcü dilini öyrənə bilərlər. Onlar üçün xüsusi proqramlar hazırlanıb, seçilib və pedaqoqlar təkrar hazırlıq keçiblər.

"Bu, son illər ərzində təhsil sistemində ən mühüm və yaxşı təşəbbüsdür, qeyri-gürcü əhalinin Gürcüstan cəmiyyətinə tam interqasiyasına real xidmət edir. Hazırda olduğumuz yer azərbaycanlı vətəndaşlarımızın yaşadıqları ən böyük yaşayış məntəqəsidir. Bu kənd ona görə təcrid olunub ki, burada yaşayan adamların gürgü dilində danışmaları, Gürcüstanın ali məktəblərində təhsillərini davam etdirmələri və iş tapmaları çətin idi", - Bakradze deyib.

O, təhsil naziri ilə birlikdə iki yeni məktəbin təməlqoyma mərasimində iştirak edib. Bu məktəblər azərbaycanlıların yaşadığı Saqareco rayonunun İormuqanlo və Lambalo kəndlərində yerləşir.

Artıq bir neçə ildir ki, İormuqanlo kənd məktəbinin 1200-ə yaxın şagirdi iki növbədə bir korpusda əlverişsiz şəraitdə təhsil alırlar. Sentyabrdan onlar hər cür şəraiti olan yeni məktəbdə təhsil alacaqlar.

Lambalo kəndinə gəldikdə, artıq beş ildir ki, beş minə yaxın yerli şagird yaşayış evlərində yerləşdirilən sinif otaqlarında dərs keçirlər. Gələn ildən onlar abad binada təhsil alacaqlar.

Xəbər lenti

Xəbər lenti