...

Azərbaycan Turizm İnstitutu ilə Kembric Universiteti arasında əməkdaşlıq genişləndiriləcək

Cəmiyyət Materials 15 Mart 2012 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Turizm İnstitutu (ATİ) ilə Böyük Britaniyanın Kembric Universiteti arasında əməkdaşlıq genişləndiriləcək.

Azərbaycan Turizm İnstitutundan cümə axşamı Trend-ə verilən məlumata görə, Kembric Universitetinin digər dillərdə danışanlar üçün ingilis dili proqramının (English for speakers of other languages (ESOL) nümayəndəsi Kris Skot-Baretlə bu gün keçirilən görüş zamanı ATİ əməkdaşları üçün İngiltərədə yay məktəbinin təşkil olunması qərara alınıb.

Azərbaycan Turizm İnstitutunun İngilis dili kafedrasının dəvəti ilə ali təhsil ocağının qonağı olan Kris Skot-Baretlə görüşdə bütün dünyada qəbul edilən Kembric ESOL-un Delta, CELTA və TKT kursları, Təhsil Nazirliyinin 7 pilot məktəbində müştərək həyata keçirilən kursları haqqında müzakirələr aparılıb. ATİ-nin İngilis dili kafedrasının müdiri Əzizə Məmmədova belə layihələrin ali təhsil pilləsinin müəllimləri üçün faydalı olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti