...

Həftənin ilk günləri Azərbaycanda hava yağmursuz keçəcək

Cəmiyyət Materials 18 Mart 2012 11:43 (UTC +04:00)
Martın 19-20-də Azərbaycan ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Həftənin ilk günləri Azərbaycanda hava yağmursuz keçəcək

Azərbaycan, Bakı, 18 mart / Trend müxbir M.Əliyev/

Martın 19-20-də Azərbaycan ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bazar günü Trend-ə verilən məlumata görə, martın 19-da Bakı və Abşeron yarımadasında hava yağmursuz olacaq, cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1-3 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da sabah yağmursuz hava gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, cənub-qərb küləyinin sürəti 5-10 m/s, gündüz saatlarında əsasən dağlıq rayonlarda arabir 20-25 m/s-dək güclənəcək. Ölkənin rayonlarında sabah havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 11-16 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti