...

Avropanın zərgərlik salonlarını qarət edən quldur dəstəsi mühakimə olunub

Cəmiyyət Materials 10 Aprel 2012 18:46 (UTC +04:00)
İngiltərənin Lids şəhərində daş-qaş mağazalarını qarət edən dəstənin başçısı mühakimə olunub.
Avropanın zərgərlik salonlarını qarət edən quldur dəstəsi mühakimə olunub

Azərbaycan, Bakı, 10 aprel /Trend/

İngiltərənin Lids şəhərində daş-qaş mağazalarını qarət edən dəstənin başçısı mühakimə olunub. Cinayətkarlar təkcə Böyük Britaniyada deyil, bütün Avropa qitəsində, İsveçdən İtaliyaya qədər fəaliyyət göstəriblər. Bir çox illər ərzində Estoniyadan olan bu qanqsterləri tutmaq mümkün olmayıb.

Qruplaşmanın lideri 33 yaşlı Yanno Heynoladır. Lids Kral məhkəməsinin hökmünə görə, o, 9 il azadlıqdan məhrum dilib. Bu barədə Trend "The Daily Telegraph"-a istinadən məlumat verir.

Bundan əvvəl isə onun yeddi əlaltısına hökm çıxarılıb. Britaniya polisinin məlumatına görə, mühakimə olunanlar Avropa ölkələrində 150 qarət hadisəsi törədiblər. Müəyyən edilib ki, quldur dəstəsi Böyük Britaniyaya 11 dəfə gəlib. Bu müddət ərzində onlar 2 milyon funt sterlinq oğurlayıblar.

Bundan başqa, qarətçilər Finlandiyada, İtaliyada, İsveçdə və Monte-Karloda 100 milyon funt sterlinq məbləğində bahalı daş-qaş oğurlayıblar.

Polis dəstənin rəhbəri Yanno Heynolanın izinə onun çəkdiyi siqaretin külü ilə düşə bilib. Onu əvvəlcə Almaniya polisi ələ keçirib. 2012-ci ilin fevralına kimi cəzasını Drüsseldorfda çəkib, daha sonra isə Britaniya polisinə təhvil verilib. Cinayətkar qruplaşmanın digər iştirakçıları isə Britaniyaya daha əvvəl, 2009-cu ilin əvvəlindən ekstradisiya olunmağa başlayıblar.

Yanno Heynola oyuncaq silahdan istifadə etməklə oğurluq törətməkdə günahkar bilinib.

Polis müstəntiqinin sözlərinə görə, "xaricə səfərlər" zamanı oğurluq törətmək ideyası tallinli qarətçilərin ağlına 2004-cü ildə, daha doğrusu, Estoniyanın Aİ-yə birləşdiyi və Qərbi Avropaya uçuşların uçuz və əlçatan olduğu vaxtda gəlib.

Xəbər lenti

Xəbər lenti