...

Yunus Oğuzun kitablarının təqdimat mərasimi olacaq

Cəmiyyət Materials 18 Aprel 2012 19:59 (UTC +04:00)
Aprelin 19-da Atatürk Mərkəzində türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuzun kitablarının təqdimat mərasimi olacaq.
Yunus Oğuzun kitablarının təqdimat mərasimi olacaq

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Aprelin 19-da Atatürk Mərkəzində türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuzun kitablarının təqdimat mərasimi olacaq.

Tədbirdə yazıçının son 6 ayda Azərbaycanda və xaricdə nəşr olunmuş kitabları təqdim ediləcək.

Qeyd edək ki, son altı ayda Yunus Oğuzun Rusiyanın paytaxtı Moskvada "Tamerlan put k verşine", Türkiyədə "Attila" pyesi və "Qədim türklər və passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında", Bakıda "Əmir Teymur Zirvəyə doğru", "Əmir Teymur Dünyanın hakimi", "Qədim türklər və passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında" kitabları nəşr edilib.

Xəbər lenti

Xəbər lenti