...

Azərbaycan və Küveyt arasında gənclər və idman sahələrində əməkdaşlıq müzakirə olunacaq

Cəmiyyət Materials 19 Aprel 2012 09:55 (UTC +04:00)
Azərbaycan və Küveyt arasında gənclər və idman sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Azərbaycan və Küveyt arasında gənclər və idman sahələrində əməkdaşlıq müzakirə olunacaq

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan və Küveyt arasında gənclər və idman sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Trend-in Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, gənclər və idman naziri Azad Rəhimov Küveytin Gənclər və idman üzrə Baş Komitəsinin baş direktoru Feysəl Müsaid Əl-Cəzzafın rəsmi dəvəti ilə bu ölkəyə səfərə yollanıb.

Səfər çərçivəsində 16 aprel 2010-cu il tarixində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında idman və gənclər sahələrində əməkdaşlıq haqqında" sazişin müddəalarına uyğun olaraq, iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti