...

Azərbaycanda dövlət orqanlarının kateqoriyalarının və inzibati vəzifələrin təsnifatında dəyişiklik edilib

Cəmiyyət Materials 20 Aprel 2012 16:38 (UTC +04:00)
Azərbaycanda dövlət orqanlarının kateqoriyalarının və inzibati vəzifələrin təsnifatında dəyişiklik edilib.
Azərbaycanda dövlət orqanlarının kateqoriyalarının və inzibati vəzifələrin təsnifatında dəyişiklik edilib

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda dövlət orqanlarının kateqoriyalarının və inzibati vəzifələrin təsnifatında dəyişiklik edilib.

Trend-in məlumatına görə, Milli Məclisin cümə günü keçirilən iclasında bununla bağlı "Dövlət qulluğu haqqında" qanuna dəyişikliklər qəbul olunub.

Qanun layihəsini təqdim edən Milli Məclin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanuna dəyişikliklər mövcud olan təsnifatların daha da dəqiqləşdirilməsidir.

Layihədə qeyd olunur ki, dövlət orqanlarının ali və 5 kateqoriya üzrə təsnifatı aparılsın. Hazırda dövlət orqanlarının təsnifatı 7 kateqoriya üzrə aparılır.

Azərbaycanda qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları ali təsnifata daxil edilib. Belə ki, Prezident Administrasiyası, Milli Məclis və Konstitusiya Məhkəməsi ali kateqoriyalı dövlət orqanları təsnifatına daxil edilib.

Ali Məhkəmə, Naxçıvan MR-in Ali Məclisi, Azərbaycan Respublikasının Hesablama Palatası, Məhkəmə-Hüquq Şurasının Aparatı, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatı isə 1-ci kateqoriyaya daxil edilib.

Digər bir dəyişiklik isə mərkəzi icra hakimiyyəti orqanlarının 5-ci kateqoriyadan 2-ci kateqoriyaya keçirilməsi ilə bağlıdır.

Naxçıvan MR-in Ali Məhkəməsi, Naxçıvan MR-in müvafiq icra hakimiyyəti orqanı, Naxçıvan MR-in İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatı, Azərbaycan Respublikasının apelyasiya məhkəmələri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi, müvafiq icra hakimiyyəti orqanları, Milli Televiziya və Radio Şurasının Aparatı isə 2-ci kateqoriya dövlət orqanlarına aiddir.

Müvafiq icra hakimiyyəti orqanları, onların yerli bölmələri, yanında, tabeliyində olan orqanlar, rayon (şəhər) məhkəmələri 4-cü kateqoriya dövlət orqanlarına, müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri 5-ci kateqoriya dövlət orqanlarına daxil ediləcək.

Dəyişikliklərdə yerli rayon, şəhər məhkəmələri 7-ci kateqoriyadan 4-ə, ağır cinayətlər məhkəmələri, inzibati-iqtisadi və hərbi məhkəmələr isə 3-cü kateqoriya dövlət orqanlarına daxil ediləcək.

İnzibati vəzifələrin ali və 7 təsnifatının aparılması təklif olunur. Hazırda inzibati vəzifələr 9 təsnifat üzrə çəmləşib.

Xəbər lenti

Xəbər lenti