...

Kamran İmanov: Azərbaycanda müəlliflik hüquqlarının qorunması və təminatı xeyli gücləndirilib

Cəmiyyət Materials 23 Aprel 2012 11:15 (UTC +04:00)
Əvvəlki illərlə müqayisədə Azərbaycanda müəlliflik hüquqlarının qorunması və təminatı xeyli gücləndirilib.
Kamran İmanov: Azərbaycanda müəlliflik hüquqlarının qorunması və təminatı xeyli gücləndirilib

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İ.İsabalayeva/

Əvvəlki illərlə müqayisədə Azərbaycanda müəlliflik hüquqlarının qorunması və təminatı xeyli gücləndirilib. Trend-in məlumatına görə, bunu 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş "Yaradıcılıqdan kitaba, müəllifdən müəlliflik hüququna" devizi altında keçirilən beynəlxalq konfransda Azərbaycan Müəllif Hüquqları Agentliyinin direktoru Kamran İmanov bildirib.

O deyib ki, ötən il agentliyin nəzdində "qaynar xətt" açılıb, il ərzində ictimai əsaslarla fəaliyyət göstərən "Hüquq məsləhətxanası" yaradılıb. Ötən il agentliyin "qaynar xətt"inə 700-dən çox müraciət daxil olub, 908 nəfər müəllif (hüquq sahibi), əsər istifadəçiləri olan hüquqi və fiziki şəxs qəbul edilib.

İmanov bildirib ki, Azərbaycanda 2005-ci illə müqayisədə ötən il piratçılığın səviyyəsi kitab nəşri sahəsində və audio-video məhsul bazarında 20 faiz, proqram təminatında 8 faiz aşağı düşüb.

Agentlik rəhbəri qeyd edib ki, 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü YUNESKO Baş Assambleyasının 1995-ci il noyabrın 15-də verdiyi qərarla qeyd edilir. Azərbaycanda isə bu gün 1996-cı ildən keçirilir. YUNESKO bu il həmin günün kitab və tərcüməyə həsr olunmasını tövsiyə edib.

Xəbər lenti

Xəbər lenti