...

"Nissan Juke" Türkiyə yollarının təhlükəsizliyini qoruyur (FOTO)

Cəmiyyət Materials 23 Aprel 2012 15:59 (UTC +04:00)
Bir ay öncə Azərbaycan müştərilərinə təqdim olunan "Nissan Juke" modeli innovativ detalları və dəbli görünüşü ilə qısa zaman ərzində gözlənilən populyarlığı qazana bildi.
"Nissan Juke" Türkiyə yollarının təhlükəsizliyini qoruyur (FOTO)

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Bir ay öncə Azərbaycan müştərilərinə təqdim olunan "Nissan Juke" modeli innovativ detalları və dəbli görünüşü ilə qısa zaman ərzində gözlənilən populyarlığı qazana bildi.

Trend-in məlumatına görə, yüksək manevr qabiliyyətinə malik "Nissan Juke" sizin hərəkətlərinizə ani reaksiya verərək, etibarlı idarəetmə hissi bəxş edəcək. Model, həmçinin yüksək səviyyədə təhlükəsizlik sistemi ilə təchiz olunub. Belə ki, "Juke" modelinin təhlükəsizlik sistemi "Euro NCAP" təhlükəsizlik reytinqinə görə 5 ulduz mükafatına layiq görülüb. Bunun əyani sübütu olaraq, böyüklər üçün 87 bal, kiçik sərnişinlər üçün isə 81 bal qiymətində müdafiəni təmin etməsini qeyd etmək olar. Həmçinin, avtomobilin sınaq testində ön zərbə zamanı kuzov hissənin bütövlüyünün qorunması "Nissan Juke" modelinə daha da yüksək bal qazandırıb. Altı ədəd təhlükəsizlik yastıqları, baza təchizatında dinamik stabilizasiya sistemi olan ESP, ətrafı rahat müşahidə etməyə imkan verən hündür görünüş hər an sürücüyə 100% əminlik hissi bəxş edir.

Qeyri-adi dizaynı ilə diqqət çəkən "Nissan Juke" ötən aylarda Türkiyə Beyoğlu İlçe Təhlükəsizlik Xidmətində polis avtomobili olaraq istifadə edilməyə başlanıb. Sonradan isə Kadıköy, Fateh, Beşiktaş və Ovçular İlçe Təhlükəsizlik xidmətləri də öz avtomobil parkına "Nissan Juke" qatıblar. Avtomobillər Sultan Ahmet meydanında təşkil edilən bir mərasimdə Kadıköy, Fateh, Beşiktaş, Ovçular İlçe Təhlükəsizlik xidmətlərinin rəhbərlərinə təqdim edilib.

Təqdimetmə mərasimi əsnasında "Nissan" avtomobillərinin Türkiyə üzrə ümumi satış müdiri əminliklə bildirib ki, "Nissan Juke" avtomobillərinin performansı, şəhər istifadəsinə uyğun ölçüləri və yerdən yüksək quruluşu qarşımıza çıxan bütün çətinliklərin öhdəsindən asanlıqla gəlməyə və hər bir şəraitdə Təhlükəsizlik Təşkilatına dəstək olmağımıza kömək edəcək.

"Nissan" model sırası, o cümlədən "Nissan Juke" haqqında ətraflı məlumatı "Nissan" salonlarından və www.nissan.az saytından, həmçinin www.facebook.com/NissanAzerbaijan səhifəsindən əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti