...

Azərbaycanda obyektlərin ətraf mühitə təsirinin qiymətləndirilməsinin xüsusiyyətləri müəyyənləşdirilir

Cəmiyyət Materials 24 Aprel 2012 17:21 (UTC +04:00)
Azərbaycanda mövcud obyektlər üçün ətraf mühitə təsirin qiymətləndirilməsinin xüsusiyyətləri müəyyənləşdirilir.
Azərbaycanda obyektlərin ətraf mühitə təsirinin qiymətləndirilməsinin xüsusiyyətləri müəyyənləşdirilir

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda mövcud obyektlər üçün ətraf mühitə təsirin qiymətləndirilməsinin xüsusiyyətləri müəyyənləşdirilir.

Milli Məclisdən Trend-ə bildiriblər ki, parlamentdə hazırlanan "Ətraf mühitə təsirin qiymətləndirilməsi" haqqında qanun layihəsində qeyd olunur ki, fəaliyyəti zamanı ətraf mühitin vəziyyətinə və insan sağlamlığına əks təsirlərə səbəb olan mövcud obyektin ilkin layihələndirilməsi mərhələsində ətraf mühitə təsirin qiymətləndirilməsi aparılmayıbsa, yaxud təbiətdən (təbii ehtiyatlardan) istifadə şərtləri layihədə nəzərdə tutulan şərtlərdən ciddi şəkildə fərqlənirsə, bu zaman həmin obyektin hazırkı istismar dövrü üçün ətraf mühitə təsirin qiymətləndirilməsi aparılmalıdır.

Qanun layihəsinə görə, ətraf mühitə təsirin qiymətləndirilməsi çərçivəsində atmosfer havasına, ionosferə (atmosferin yaxın qatına), yerüstü və yeraltı sulara, su tutarlarının dibinin səthinə, təbii və süni landşaftlara, torpaq ehtiyatlarına və torpaq örtüyünə, bitki və heyvanat aləminə, ekoloji sistemlərin vəziyyətinə, əhalinin sağlamlıq vəziyyətinə, maddi sərvətlərə və maddi irsə təsirlərin qiymətləndirilməsi aparılacaq.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi BMT-nin İnkişaf Proqramı və ATƏT-in Bakı ofisinin iştirakı ilə "Ətraf mühitə təsirin qiymətləndirilməsi" haqqında qanun layihəsinin ictimai müzakirəsini keçirir.

Xəbər lenti

Xəbər lenti