...

Azərbaycan ombudsmanı miqrantların hüquqları ilə bağlı çıxış edib

Cəmiyyət Materials 24 Aprel 2012 19:05 (UTC +04:00)
Azərbaycan ombudsmanı miqrantların hüquqları ilə bağlı çıxış edib.
Azərbaycan ombudsmanı miqrantların hüquqları ilə bağlı çıxış edib

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Aprelin 16-27 aprel tarixlərində Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Rəhbər kadrların ixtisasının artırılması" fakültəsində keçirilən "Miqrasiya proseslərinin dövlət tənzimlənməsi" istiqaməti üzrə ixtisaslaşdırma kursu bu sahədə aparılan dövlət siyasətinin dövlət orqanlarında çalışan rəhbər işçilərə çatdırılmasına, izah və şərh edilməsinə xidmət edir.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, kursda Azərbaycanın müasir xarici siyasəti, Azərbaycan dövlətçiliyi və miqrasiya sahəsində aparılan islahatlar, digər ölkələrlə viza rejimi, Daxili İşlər orqanları tərəfindən vətəndaşlara ümümvətəndaş pasportunun verilməsi qaydaları, miqrasiya proseslərinin tənzimlənməsində insan inkişafı amili və digər məsələlərlə bağlı "dəyirmi masa"lar keçirilib və müvafiq dövlət orqanlarının məmurları mühazirələr oxuyublar.

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova "Ombudsman insan hüquqlarının müdafiəçisi kimi" mövzusunda çıxış edib, səlahiyyətləri barədə məlumat verib, fəaliyyətində digər hüquqlarla yanaşı, miqrantların da hüquqlarının təmini və müdafiəsini daim diqqətdə saxladığını bildirib. O, ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı", o cümlədən miqrantların hüquqlarının təmin olunmasını əks etdirən müddəaları barədə dinləyicilərə ətraflı məlumat verib.

Ombudsman cəmiyyətin tərkib hissəsi olan miqrantların siyasi, iqtisadi, sosial, mədəni və digər hüquqlarının təminatı barədə danışıb. Bununla yanaşı, müvəkkil BMT-nin İnsan Hüquqları Haqqında Ümumdünya Bəyannaməsinin miqrantlara xüsusi aidiyyəti olan maddələri, Bəyannamədən başqa bir neçə saziş, beynəlxalq norma və sənədlərə uyğun miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi sahəsində aparılan işlər barədə dinləyicilərə geniş məlumat verib.

Xəbər lenti

Xəbər lenti