Azərbaycan, Bakı, 24 aprel /Trend/
Azərbaycanda həbsxanaya narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə Trend Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
24.04.2012-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında cəza çəkən 1989-cu il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4; 29; 120.2.4; 29; 120.2.7; 66.3-cü maddələri ilə təqsirli bilinərək 14 il 6 ay müddətinə azaqdlıqdan məhrum edilmiş məhkum Kərimov Orxan Gəncəvi oğlunun yanına gəlmiş xalası oğlu Rzayev Əziz Zabit oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman 1 cüt kişi ayaqqabısının hər ikisinin dabanında ümumi xalis çəkisi 17.37 qram narkotik vasitə olan "həşiş" və 9.135 qram olan narkotik vasitə "tiryək" aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.