...

Əmək Nazirliyində YAP-ın Yasamal rayonu üzrə ərazi ilk partiya təşkilatının növbəti toplantısı keçirilib (FOTO)

Cəmiyyət Materials 25 Aprel 2012 14:34 (UTC +04:00)
Əmək Nazirliyində YAP-ın Yasamal rayonu üzrə ərazi ilk partiya təşkilatının növbəti toplantısı keçirilib
Əmək Nazirliyində YAP-ın Yasamal rayonu üzrə ərazi ilk partiya təşkilatının növbəti toplantısı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Yeni Azərbaycan Partiyasının Yasamal rayonu üzrə ərazi ilk partiya təşkilatının növbəti toplantısı keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirə Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının İdarə Heyətinin üzvləri Tağı Əhmədov və Tamilla Şahbazova da qatılıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov toplantını giriş sözü ilə açaraq, YAP-ın yaranma tarixindən və partiyanın keçib gəldiyi inkişaf yolundan danışıb.

Qeyd olunub ki, 1992-ci ildə Azərbaycanın olduqca ağır siyasi və iqtisadi böhran keçirdiyi, yenicə qazanılmış milli dövlətçiliyin süquta uğramaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, dünya şöhrətli siyasi şəxsiyyət, ümummilli lider Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə "91-lər"in müraciəti kimi daxil olmuş həmin sənəd, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.

Xalqımızın dahi oğlu, o dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edən tanınmış dövlət xadimi və böyük dövlətçilik təcrübəsinə malik ümummilli Lider Heydər Əliyev xalqın müraciətini qəbul edərək yenicə yaradılan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verdi. 550 nəfərdən ibarət təşəbbüs qrupu 1992-ci il noyabrın 21-də Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası fəaliyyətə başladı. İlk ərazi təşkilatlarından biri də ərazi ilk partiya təşkilatı kimi 2006-ci ilin noyabrında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırda yerləşdiyi Salatın Əsgərova - 85 ünvanında yaradıldı.

Toplantıda ərazi ilk partiya təşkilatının əvvəlki sədrinin başqa işə keçməsi ilə əlaqədar yeni sədr seçilib. İdarə heyətin tərkibi təsdiqlənib və daha 25 nəfər ərizələri əsasında Partiyaya üzv qəbul edilib. Qərara alınıb ki, ərazi ilk partiya təşkilatının toplantısı ayda bir dəfədən az olmayaraq kecirilsin. Toplantının sonunda qərar layihəsi oxunaraq qəbul edilib.

Xəbər lenti

Xəbər lenti