...

Bakı yol polisi piyadalarla bağlı reydlər keçirib

Cəmiyyət Materials 25 Aprel 2012 14:52 (UTC +04:00)
Bakı yol polisi bu gün piyadalarla bağlı reydlər keçirib.
Bakı yol polisi piyadalarla bağlı reydlər keçirib

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir E.Mehdiyev/

Bakı yol polisi bu gün piyadalarla bağlı reydlər keçirib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov çərşənbə günü Trend-ə bildirib ki, paytaxtın Nərimanov rayonunda, Heydər Əliyev prospektindəki yeraltı keçid yaxınlığında keçirilən reyd zamanı 38 piyada yol hərəkəti qaydalarını pozduğu üçün inzibati məsuliyyətə cəlb olunub.

Əsədovun sözlərinə görə, bu cür reydlər davam etdiriləcək.

O bildirib ki, yanvarın 1-dən bu günə qədər təkcə Nərimoanov rayonu ərazisində yol hərəkəti qaydalarını pozan 2500-ə yaxın piyada cərimələnib.

Qeyd edək ki, Azərbaycanda "Piyadalar, diqqətli olun!" şərti adı altında aprelin 23-dən 30-dək təhlükəsizlik həftəliyinə başlanıb. Piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimənin məbləği 10 manatdır.

Xatırladaq ki, statistik məlumatlara əsasən, cari ilin ilk 3 ayı ərzində respublikada piyadaların vurulması ilə bağlı qeydə alınmış hadisələr ümumilikdə ölkədə baş verən yol-nəqliyyat hadisələrinin 40 faizini, Bakı şəhərində isə 55,2 faizini təşkil edir.

Xəbər lenti

Xəbər lenti