...

"Azərfon" mobil rabitə operatoru 4G şəbəkəsinin işə salınmasına hazırdır

Cəmiyyət Materials 27 Aprel 2012 11:56 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru "Azərfon" MMC Bakıda 4G şəbəkəsinin işə salınmasına hazırdır. Bu barədə Trend-ə cümə günü şirkətin mətbuat xidmətinin nümayəndəsi Fərid Məmmədov bildirib.
"Azərfon" mobil rabitə operatoru 4G şəbəkəsinin işə salınmasına hazırdır

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir H.Vəliyev /

Azərbaycanın mobil rabitə operatoru "Azərfon" MMC Bakıda 4G şəbəkəsinin işə salınmasına hazırdır. Bu barədə Trend-ə cümə günü şirkətin mətbuat xidmətinin nümayəndəsi Fərid Məmmədov bildirib.

Onun sözlərinə görə, bu gün LTE (Long Term Evolution) standartını dəstəkləyən baza stansiyalarının quraşdırılması üzrə işlər başa çatıb.

"4G Dənizkənarı Milli Park, Dövlət Bayrağı və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunu əhatə edəcək. Şirkət şəbəkənin istismara verilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin icazəsini gözləyir", - Məmmədov deyib.

Şirkətin bu gün bazarda təklif etdiyi USB modemləri LTE standartlarını tam dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti