...

Bakının IV sinif şagirdləri riyaziyyatdan imtahan veriblər

Cəmiyyət Materials 27 Aprel 2012 12:49 (UTC +04:00)
Bu gün Bakının IV sinifləri arasında riyaziyyatdan test yoxlaması keçirilib.
Bakının IV sinif şagirdləri riyaziyyatdan imtahan veriblər

Azərbaycan, Bakı, 27 aprel / Trend müxbir İ.İsabalayeva/

Bu gün Bakının IV sinif şagirdləri arasında riyaziyyatdan test yoxlaması keçirilib.

Bakı Şəhər Təhsil İdarəsindən cümə günü Trend-ə verilən məlumata görə, ibtidai təhsilin son pilləsi olan IV sinif şagirdlərinin test yoxlamasına cəlb edilməsində əsas məqsəd şagirdlərin mənimsədikləri biliklərin səviyyəsini öyrənməkdir.

Yoxlama zamanı təşkilati işlərin aparılması üçün 10, tapşırıqların həlli üçün isə bir dərs saatı, yəni 45 dəqiqə vaxt ayrılıb.

Şagirdlərə təqdim edilən test tapşırıqlarının hər biri 15 sual olmaqla 10 variantda tərtib edilib.

Bu tədris ilində keçirilən test yoxlaması təxminən 31000 şagirdi əhatə edib. Test yoxlamasının nəticələri 1 həftə müddətində BŞTİ - dəki oxuyucu optik cihaz vasitəsilə yoxlanılaraq məktəblərə çatdırılacaq. Sonda isə nəticələr hər il olduğu kimi, Təhsil Şurasında müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti