Azərbaycan, Bakı, 11 may /Trend, müxbir İ.İsabalayeva/
Ötən illərdə olduğu kimi bu il də orta məktəb məzunları üçün "Son zəng" tədbirləri məktəb daxilində keçiriləcək. Trend-in məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib.
"Bu il də ötən illərdə atdığımız addımı atacağıq. Ümumiyyətlə, son illərdə "Son zəng"in təşkili ilə bağlı elə ciddi problemlərlə qarşılaşmamışıq", - Mərdanov deyib.
Nazir "Son zəng"lə bağlı əmrin yaxın 15 gün ərzində imzalanacağını bildirib.
Qeyd edək ki, orta məktəblərdə "Son zəng" mayın 31-də keçirilir.
Misir Mərdanov: "Son zəng" tədbirləri məktəb daxilində keçiriləcək
Ötən illərdə olduğu kimi bu il də orta məktəb məzunları üçün "Son zəng" tədbirləri məktəb daxilində keçiriləcək.
