...

Bakıda dünən son 86 ilin rekord hava göstəricisi qeydə alınıb

Cəmiyyət Materials 11 May 2012 13:08 (UTC +04:00)
Mayın 10-da Bakıda orta sutkalıq temperatur iqlim normasından 6 dərəcə yuxarı olub.
Bakıda dünən son 86 ilin rekord hava göstəricisi qeydə alınıb

Azərbaycan, Bakı, 11 may / Trend müxbir İ.İsabalayeva/

Mayın 10-da Bakıda orta sutkalıq temperatur iqlim normasından 6 dərəcə yuxarı olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən cümə günü Trend-ə verilən məlumata görə, həmin gün havanın maksimal temperaturu Bakıda 29 dərəcə isti təşkil edib. Bununla da 10 may 1926-cı il tarixində olan sutkalıq rekord göstərici (28,1 dərəcə) yenilənib.

Mayın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-18, gündüz 25-29 dərəcə isti olacaq.

Mayın 12-13-də Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Mayın 13-də axşam bəzi yerlərdə qısamüddətili az yağış yağacağı ehtimalı var.

Mayın 12-də əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 7-11, gündüz 17-22 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti