Azərbaycan, Bakı, 11 may /Trend, müxbir E.Mehdiyev/
ABŞ təhsilli Azərbaycan Məzunları İctimai Birliyi Beynəlxalq Araşdırmalar və Mübadilə Şurası (IREX), Təhsil Nazirliyi və ABŞ-ın Azərbaycandakı səfirliyi ilə birgə Azərbaycanın təhsilində gələcək inkişaf mövzusunda Təhsil Forumu təşkil edib.
ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən çümə günü Trend-ə verilən məlumata görə, tədbir ABŞ-da təhsil almaq istəyən tələbələrə ödənişsiz məsləhətləşmələr keçirmək üçün səfirliyin maliyələşdirdiyi ABŞ-Azərbaycan Təhsil Mərkəzində keçirilib.
Bu, ABŞ təhsilli Azərbaycan Məzunları Birliyinin ev sahibliyi edəcəyi iki forumdan birincisidir. Tədbirdə təhsil nazirinin müavini Qulu Novruzov və ABŞ təhsilli Azərbaycan Məzunları Birliyinin üzvü çıxış ediblər.
Təhsil Nazirliyinin, Dövlət Neft Şirkətinin, Azərbaycan Mərkəzi Bankının, universitetlərin, məktəblərin və özəl təhsil institutlarının nümayəndələri də tədbirdə iştirak ediblər.