Azərbaycan, Bakı, 12 may / Trend müxbir İ.İsabalayeva/
"Bakı Kristal Zalı"nda Eurovision Mahnı Müsabiqəsi 2012-nin birinci və ikinci yarımfinallarının interval aktlarının məşqləri başlayıb.
Trend şənbə günü eurovision.az saytına istinadən xəbər verir ki, mayın 11-də birinci yarımfinalın interval aktında çıxış edəcək "Natiq" ritm qrupunun məşqi olub. Elə həmin gün Eurovision Mahnı Müsabiqəsi 2012-nin ikinci yarımfinalının interval aktında performans təqdim edəcək son 5 ilin Eurovision qaliblərinin dublyor məşqi də uğurla keçirilib.
Qeyd edək ki, ötən illərin Eurovision ulduzları "Bakı Kristal Zalı"nda Azərbaycanın milli musiqisi ilə zəngin maraqlı şou təqdim edəcək. Təşkilatçılar "hər kəs bu şounu sevəcək" deyir.