Azərbaycanın birinci xanımı “Afrovision – Afrikadan müasir incəsənət” sərgisinin açılışında iştirak edib (FOTO)

Azərbaycanın birinci xanımı “Afrovision – Afrikadan müasir incəsənət” sərgisinin açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 18 may /Trend/

Mayın 17-də Bakıda, Müasir İncəsənət Muzeyində "Afrovision - Afrikadan müasir incəsənət" sərgisinin açılışı olmuşdur.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva sərgidə iştirak etmişlər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva sərgi iştirakçılarını salamlayaraq dedi:

"Afrika incəsənəti qeyri-adidir. Çünki buradakı hər bir əsər böyük mənaya malikdir və özündə güclü enerji ehtiva edir.

Bu sərgi "Afrovision" adlanır. Burada 11 rəssam tərəfindən yaradılmış müasir sənət nümunələri nümayiş olunur. Onların bəziləri tanınmış və nüfuzlu, bəziləri isə gənc və perspektivli rəssamlardır.

Mən sərginin bu muzeydə keçirilməsindən çox məmnunam. Hesab edirəm ki, ümumilikdə, müasir sənət dünyasında Afrika rəssamlarının rolu getdikcə daha da yüksəlir. Ötən 20 ildə Afrika rəssamlarının sayı əhəmiyyətli dərəcədə artmışdır.

Azərbaycan mədəniyyətini bütün dünyada təbliğ edən Heydər Əliyev Fondu hər zaman başqa mədəniyyətlərə böyük hörmət və ehtiramla yanaşmışdır.

Mənim fikrimcə, Afrika incəsənəti xüsusi əhəmiyyətə malikdir. Çünki Afrika rəssamları insanların emosiyalarını, onların real həyatlarını nümayiş etdirirlər.

Mən burada iştirak edənlərin hər birinə təşəkkür etmək istərdim.

Heydər Əliyev Fondu rəssamları hər zaman dəstəkləmişdir. Biz Parisdə və Londonda "Bakıya uçuş" sərgisini təşkil etmiş və öz işlərini xaricdə nümayiş etdirmələri üçün Azərbaycandan olan 21 rəssama imkan yaratmışıq.

Biz "Bakıya uçuş" sərgisini hələ başa çatdırmamışıq. Sərginin Romada, Nyu-Yorkda, Moskvada və digər şəhərlərdə keçirilməsini planlaşdırırıq.

Mən doktor Bernd Kleinə təşəkkür etmək istərdim. Çünki o, bu sərginin keçirilməsinin təşəbbüskarıdır. Buradakı bütün işlər onun şəxsi kolleksiyasındandır. Mən, həmçinin cənab Hazumiyə təşəkkür etmək istərdim. O, böyük heykəltəraş və buradakı işlərdən birinin müəllifidir.

Bu sərgi Azərbaycan əhalisinə Afrika mədəniyyətini kəşf etməyə imkan verəcəkdir. Xüsusilə, əhəmiyyətlidir ki, bu sərgi çox əlamətdar bir gündə təşkil edilmişdir. Çünki bir neçə gündən sonra biz "Eurovision" mahnı müsabiqəsinin ən həyəcanlı anlarının şahidi olacağıq.

Ümid edirəm ki, "Afrovision" sərgisi bizə haqqında çox şey bilmədiyimiz dünyanın bir hissəsini kəşf etmək üçün imkan yaradacaqdır. Çox sağ olun."

Sərgidə alman kolleksioneri Bernd Kleinin kolleksiyasından seçilmiş şedevrlər nümayiş etdirilir. O, Afrikanın müasir incəsənətinin aparıcı kolleksiyalarından birinə malikdir.

Bernd Klein tədbirdə çıxış edərək bu kolleksiyanı uzun illərdir ki, topladığını dedi, iştirakçılara Afrika incəsənəti haqqında məlumat verdi.

Sərginin yüksək səviyyədə təşkil edildiyini deyən Bernd Klein Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya təşəkkür edərək dedi: "Mənin minnətdarlıq etmək istədiyim insanlar çoxdur. Lakin mən xüsusi olaraq iki xanıma təşəkkür etmək istərdim. Onlardan biri Mehriban xanım Əliyeva, digəri isə Leyla xanım Əliyevadır. Onlar bu sərginin Bakıda keçirilməsi üçün çox böyük iş görmüşlər".

Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində həyata keçirdiyi layihələri yüksək qiymətləndirən Bernd Klein demişdir: "Azərbaycanın fəxr etməli çox şeyi vardır. Lakin bu cür gözəl, ağıllı, vətənpərvər birinci xanımı olmaq hər bir ölkəyə heç də həmişə nəsib olmur. Bilirsiniz ki, birinci xanım nəyisə etməyə qərar verəndə bunu yüksək səviyyədə edir. Bu sözlər həm "Eurovision"a, həm də "Afrovision"a aiddir. Bu sözləri Leyla xanım Əliyeva haqqında da demək olar".

Leyla xanım Əliyeva sərginin açılışını bildirən lenti kəsdi.

Sonra sərgi ilə tanışlıq oldu. Məlumat verildi ki, ekspozisiyada Afrikanın 7 ölkəsini təmsil edən 11 rəssamın 63 əsəri təqdim olunur.

Son onilliklər ərzində bir çox Afrika ölkələrindən parlaq və yüksək orijinallığı ilə seçilən sənət əsərləri meydana çıxmışdır. Onların müəlliflərinin şöhrəti dünyada gündən-günə artmaqdadır. Konqolu rəssam Şeri Samba və beninli heykəltəraş Romuald Hazuminin əsərləri dünyanın ən nüfuzlu muzeylərində, Venesiya Biennalesi və Kassel Dokumenta kimi aparıcı müasir incəsənət sərgilərində nümayiş olunur.

Sərgiyə çıxarılmış əsərlərin tematikası əsl dəyərlər uğrunda mübarizəyə, dəb dünyasının obrazlarına, müxtəlif mərasimlərə, Afrika folkloruna və digər mövzulara həsr olunmuşdur. Əsərlər şən, cəlbedici rənglər, maraqlı obrazlarla insanlarda Afrika həyatının bir çox tərəfləri haqqında geniş təsəvvür yaradır. Məsələn, gündəlik həyatda baş verən müxtəlif hadisələr, dəb dünyasının obrazları, insanların gecə həyatının canlandırılması Peintre Mokenin əsərlərinin əsas qayəsini təşkil edir. Sərgidə sənətkarın kətan üzərində yağlı boya ilə işlənmiş bir sıra əsərləri nümayiş etdirilir.

Tədbir Afrikanın milli rəqs qrupunun ifasında musiqi proqramı ilə davam etdi.

Sərgidə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, incəsənət xadimləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Birbank yenidən ən çox istifadə olunan və bəyənilən rəqəmsal platforma oldu
Birbank yenidən ən çox istifadə olunan və bəyənilən rəqəmsal platforma oldu
Xarici valyutaların manata qarşı məzənnələri
Xarici valyutaların manata qarşı məzənnələri
Biznes vebsaytınızın fiziki serverə niyə ehtiyacı olduğunun 5 səbəbi
Biznes vebsaytınızın fiziki serverə niyə ehtiyacı olduğunun 5 səbəbi
Loading Bars
Xəbər lenti
Mediasiya şurası VƏ MÜSİAD arasında əməkdaşlıq protokolu imzalanıb (FOTO)
Hacı Zeynalabdin Tağıyevin abidəsi bürünc-tunc qarışığından hazırlanıb - Xanlar Əhmədov
20 Yanvar əlillərinə və şəhid ailələrinə birdəfəlik maddi yardım ödənildi
20 Yanvar xalqımızın milli birlik və həmrəylik sınağından uğurla çıxdığı tarixdir - Vüqar Rəhimzadə
Unibank ipoteka faiz dərəcəsini endirib
İranda ötən sutka ərzində 19 nəfər koronavirusdan ölüb
Kaspersky 2021-ci ildə ABŞ-da patent alan rus şirkətləri arasında lider elan edilib
2021-ci ildə 1348 nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib
Mənzil İnşaatı Dövlət Agentliyində 20 Yanvar şəhidlərinin xatirəsi anıldı
ANAMA Goranboydakı mina hadisəsi ilə bağlı məlumat yayıb
Gəncədə oğurluq edən və silah saxlayan şəxslər saxlanılıb (FOTO/VİDEO)
Ötən il 3206 hərbi qulluqçu və şəhid ailəsi üzvünə psixoloji yardım göstərilib
Azərbaycan hərbçiləri Türkiyədə təlimə qatılıblar (FOTO)
Azad edilmiş torpaqlara səfər edən şəxslər postlarda yenidən yoxlanacaq - Elşad Hacıyev
Həmkəndlilərinin evindən oğurluqlar edən şəxs saxlanılıb
Buraxılış imtahanlarının proqramları açıqlanıb
Mingəçevir Dövlət Universitetində ADA Universitetinin məlumatlandırma görüşü keçirilib (FOTO)
Hacı Zeynalabdin Tağıyev Azərbaycan tarixində zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qalmışdır - Tamam Cəfərova
Vətəndaşlar ildə bir dəfə həm Şuşaya, həm də Ağdama gedə biləcəklər - RƏSMİ
İranda qar və daşqına görə 700 kənd yolu bağlanıb
Azərbaycan məhsulları beynəlxalq sərgilərdə nümayiş olunacaq
İran xaricdən gətirilən koronavirus vaksinlərinin sayını açıqlayıb
İlahiyyat İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (FOTO)
Sabah güclü külək, yağıntılı və soyuq hava şəraiti gözlənilir
Narkokuryerlik edən daha 8 nəfər saxlanılıb (FOTO/VİDEO)
Qazaxıstanda yeni müdafiə naziri təyin olunub
Azərbaycan 20-dən çox məhbusu İrana qaytarıb
Anasını balta ilə qətlə yetirən şəxs axtarılır
20 Yanvar şəhidi ailələri və əlillərinə 135 mənzil, 100-dək avtomobil verilib
XİN 20 Yanvar faciəsi ilə əlaqədar bəyanat yayıb
Abdin Fərzəliyev Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib
İradə Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
"Azərişıq" kommunikasiya strategiyası hazırlayıb
Monteneqro parlamentinin sədri Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub
Energetika Nazirliyində 20 Yanvar faciəsinin 32-ci ildönümü anılıb
Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri 5 milyard dollara yaxın svop müqaviləsi imzalayıb
Rusiyada koronavirusa yoluxanların sayı kəskin artıb
Azad edilən ərazilərdə sahibkarlıq obyektləri ilə bağlı 40-a yaxın müraciət daxil olub - Azərişıq
Azad olunmuş torpaqlara səfər zamanı avtobuslarda bələdçilər olacaq - RƏSMİ
Teymur Musayev səhiyyə naziri təyin olundu - SƏRƏNCAM
Metronun "20 Yanvar" stansiyasında şəhidlərin xatirəsi yad ediləcək
Hava şəraiti ilə bağlı avtomobil yollarının vəziyyəti açıqlanıb
Pulları birlikdə yaşadığım polisə verirdim - Külli miqdarda dələduzluqda təqsirləndirilən qadın
AMEA prezidentinin və vitse-prezidentinin maaşları artırılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni səlahiyyət verilib
“Qırmızı kitab”a düşmüş quşları ovlayanlar saxlanılıb
Ombudsman beynəlxalq qurumları 20 Yanvar hadisələrini törədən şəxsləri mühakiməyə cəlb etməyə çağırıb
Azad olunmuş ərazilərə yeni marşrutlarla neçə nəfərin səfər etməsi nəzərdə tutulub? - AÇIQLAMA
Bir sıra təşkilatlarda çalışan işçilərin maaşları artırıldı
Tağıyevin heykəlinə zərər vuran şəxslərə cinayət işi açılıb (FOTO)
Narkotik və silah-sursatla saxlanılan şəxsin daha bir cinayətinin üstü açılıb (FOTO)
DİN metroda xoşagəlməz hərəkətlər edən gənclərlə bağlı araşdırma aparır (VİDEO)
Lənkəranda mal-qara oğrusu saxlanılıb
Türkiyə ilə Ermənistan arasında aviareyslərin vaxtı və sayı açıqlanıb
Bu ərazilərə qar yağıb
Birbank yenidən ən çox istifadə olunan və bəyənilən rəqəmsal platforma oldu
Sökülməsi nəzərdə tutulan binalarda mənzillər niyə ucuzlaşmır?
ANAMA yeni əməliyyat qrupları formalaşdırır - Sədr müavini
Azərbaycanda ÜDM-in nominal həcmi 93 milyard manata çatıb - Mikayıl Cabbarov
Ərdoğan Ukraynaya səfərə hazırlaşır
Qəzetlər və onlayn media üçün müsabiqənin nəticələri açıqlanıb
Qubadlıda əlahiddə sərhəd diviziyasının qərargah bina­sı istifadəyə verilib (FOTO)
Ötən gün təhlükədə qalan 5 uşaq xilas edilib
DİN 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar vətəndaşlara müraciət etdi
Yüksəkgərginlikli işıq xətləri yeraltı kabellərə keçirilir (FOTO/VİDEO)
Türkiyədə “Azərbaycan düşüncə tarixi” kitabı nəşr olunub
20 Yanvar faciəsi insanlığa qarşı törədilən bir cinayətdir - Deputat
Azərbaycan neftinin qiyməti 90 dolları ötüb
İtaliya TAP sayəsində qaz ixracatçısına çevrilir
Bakıda ağır qəza: 3 nəfər öldü (FOTO)
Xətai rayonunda yaşıllıq ərazi məhv edilərək tikinti aparılır? - AÇIQLAMA
Bakıda yas mərasimi keçirən restoran icarədarı və mərasim təşkilatçısı həbs edildi (FOTO/VİDEO)
Azərbaycan xalqı 20 Yanvar faciəsini heç zaman unutmayacaq - Kamaləddin Qafarov
Narkotikə görə saxlanılan şəxsin evində axtarışda olan qadın da aşkarlanıb (FOTO)
Xarici valyutaların manata qarşı məzənnələri
“Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib (FOTO)
Bu marşrutların hərəkət sxemi dəyişdiriləcək
Ötən gün daha 3 koronavirus xəstəsi küçədə aşkarlanıb
Sabah Bakıda bu yollarda hərəkət məhdudlaşdırılacaq
COVID-19-a yoluxma sayının artması kütləvi immunitet yarada bilər?
Zaqatalada narkotik istifadə edən taksi sürücüsü və sərnişin saxlanılıb (FOTO)
Almatı hava limanı normal iş rejiminə qayıdıb
Hacı Zeynalabdin Tağıyevin heykəlini zədələyənlər saxlanıldı (FOTO)
DİN Hacı Zeynalabdin Tağıyevin abidəsinin zədələnməsi faktını araşdırır (FOTO)
İspaniyada qocalar evində yanğın nəticəsində ölən və yaralananlar var
Yeni iPhone SE-nin texniki xüsusiyyətləri açıqlanıb
ABŞ Şimali Koreyanın raket buraxılışı ilə bağlı BMT TŞ-nin iclasını çağırıb
Tonqada vulkan püskürməsinin təhlükəli nəticələri açıqlanıb
Venesuelalı miqrant qız Meksika ilə ABŞ sərhəddində çayı keçərkən ölüb
Braziliya koronavirusa sutkaliq yoluxanların sayına görə antirekordu yeniləyib
Biz Rusiya ilə müzakirələri davam etməyə hazırıq - Ceyk Sallivan
Pakistanda partlayış nəticəsində qatar relsdən çıxıb, yaralılar var
Somalinin paytaxtında terrorçu-kamikadzenin hücumu nəticəsində azı 6 nəfər ölüb
Paraqvayın prezidenti koronavirusa yoluxub
Türkiyədə neft boru kəmərində partlayış baş verib
Avropada COVID-19 peyvəndinin dördüncü dozası immuniteti zəif insanlar üçün tövsiyə edilib
Fransada sutka ərzində koronavirusa yoluxanların sayında antirekord yenilənib
Nyu-Yorkda binada partlayış nəticəsində 1 nəfə ölüb, 9 nəfər yaralanıb
ÜST rəhbəri koronavirusun yeni ştammlarının yaranma ehtimalını mümkün sayır
İsrail prezidenti Hersoq Türkiyəyə gələ bilər - Ərdoğan
Bütün xəbərlər