...

Azərbaycan turistlərinin maraq göstərdiyi ölkələrin adları açıqlanıb

Cəmiyyət Materials 18 May 2012 15:23 (UTC +04:00)
Azərbaycan turistləri yay aylarında dincəlmək üçün artıq digər xarici ölkələrə də maraq göstərməyə başlayıblar.
Azərbaycan turistlərinin maraq göstərdiyi ölkələrin adları açıqlanıb

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan turistləri yay aylarında dincəlmək üçün artıq digər xarici ölkələrə də maraq göstərməyə başlayıblar. Bunu cümə günü Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, Azərbaycan turistləri Avropa ölkələri, o cümlədən Monako və Afrika, Asiya ölkələrinə səyahət etməyə maraq göstərirlər.

Bağırov deyib ki, Xorvatiya və Krıma da artıq çarter reyslər təşkil olunub. Bu da turistlərin həmin yerlərə səfər etməsinə marağı artıra bilər.

Assosiasiya sədrinin sözlərinə görə, amma ümumilikdə ötən illərdə olduğu kimi, bu il də azərbaycanlı turistlərin daha çox Türkiyədə dincələcəyi gözlənilir. O, bunu Türkiyənin bir sıra şəhərlərinə aviareyslərin qiymətinin ucuzlaşması ilə də izah edib.

Xəbər lenti

Xəbər lenti