...

Milli Məclis "Prokurorluq haqqında" qanuna dəyişiklik edib

Cəmiyyət Materials 22 May 2012 13:52 (UTC +04:00)
Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında "Prokurorluq haqqında" qanuna dəyişiklik edilib.
Milli Məclis "Prokurorluq haqqında" qanuna dəyişiklik edib

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir M.Əliyev/

Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında "Prokurorluq haqqında" qanuna dəyişiklik edilib.

Trend-in məlumatına görə, qanun layihəsini təqdim edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, faktiki olaraq hərbi prokurorluqlar maddi-texniki vəsait, xidməti bina, nəqliyyat və rabitə vasitələri, habelə başqa növ təminatlarla Baş Prokurorluq tərəfindən təmin edildiyindən həmin məsələ qanunvericiliklə təsdiqlənməlidir.

Qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Parlamentin bu gün keçirilən iclasında həmçinin "Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında", "Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında", "Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" sazişlər, və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Birinci Zirvə Toplantısının Bəyannaməsi təsdiq olunub.

Xəbər lenti

Xəbər lenti