Sulutəpə hadisələri ilə bağlı ARDNŞ-də yaradılmış komissiya araşdırmanın nəticələrini açıqlayıb

Sulutəpə hadisələri ilə bağlı ARDNŞ-də yaradılmış komissiya araşdırmanın nəticələrini açıqlayıb

Azərbaycan, Bakı, 22 may /Trend/

Neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün ARDNŞ-nin daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahələrində özbaşına tikililərin qarşısının alınması istiqamətində cari ilin aprel ayının 18-də Binəqədi rayonundakı Sulutəpə ərazisində keçirilmiş tədbirlərdə baş vermiş hadisələri, o cümlədən "Zerkalo" qəzetinin əməkdaşı İdrak Abbasovun xəsarət alması faktını araşdırmaq məqsədilə ARDNŞ-nin 19 aprel 2012-ci il tarixli əmri ilə yaradılmış komissiya araşdırmalarını başa çatdırıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Dövlət Neft Şirkətinin Hüquq İdarəsinin rəisi, komissiyanın üzvü Eldar Orucov bununla əlaqədar açıqlama verib.

"ARDNŞ tərəfindən yaradılmış komissiya öz səlahiyyətləri çərçivəsində baş vermiş hadisənin təfərrüatlarının, o cümlədən İ.Abbasovun hansı səbəbdən və kim tərəfindən xəsarət alması faktının araşdırılmasına xüsusi diqqət yetirib. Bununla əlaqədar olaraq, ARDNŞ-nin Təhlükəsizlik İdarəsinin 18 aprel tarixində Sulutəpə ərazisində keçirdiyi tədbirdə iştirak etmiş əməkdaşları ilə söhbətlər aparılıb, hadisə ilə bağlı ətraflı məlumat toplanılıb və iştirakçıların izahatları alınıb. Bundan başqa, Komissiya qarşısında qoyulmuş vəzifələrə uyğun olaraq ARDNŞ nümayəndələri, eləcə də komissiyanın üzvü Şahin İsmayılov iki dəfə İ.Abbasovun müalicə aldığı xəstəxanada ona baş çəkib, onunla geniş söhbət aparıblar. Söhbətin əsas məqsədi İ.Abbasovun hansı şəraitdə xəsarət alması, tərəflər arasında münaqişənin hansı zəmində yaranması, jurnalistə xəsarət yetirilməsində ARDNŞ əməkdaşlarının iştirak dərəcəsi və s. məsələlərin aydınlaşdırılması olub. Onunla birlikdə hadisəni əks etdirən müxtəlif fotoşəkillər, video-materiallar diqqətlə nəzərdən keçirilib. Həmin gün İ.Abbasovu ziyarətə gələn "Yeni Müsavat" qəzetinin əməkdaşı Günay Musayeva da qeyd olunan materialları izləyib və hadisənin şahidi kimi müəyyən şəxslərin kimliyini xatırlamağa çalışıb. Jurnalistlərin iştirakı ilə baş verən hadisələr təhlil edilib, onların bildirdikləri ARDNŞ əməkdaşlarının verdiyi izahatlarla müqayisə olunub, həqiqətin üzə çıxarılması istiqamətində araşdırmalar aparılıb", - Orucov deyib.

O bildirib ki, İ.Abbasovun şübləhəndiyi Tİ-nin iki nəfər əməkdaşı ARDNŞ-nin Baş Ofisinə dəvət edilib, qanunvericiliyin yol verdiyi hədlərdə onlardan da izahat alınıb. Müəyyən edilib ki, həqiqətən də həmin şəxslərlə jurnalist İ.Abbasov, onun yaxın qohumları, eləcə də qəsəbə sakinləri arasında münaqişə (dava) yaranıb və nəticədə həm ARDNŞ əməkdaşları, həm də İ.Abbasov müxtəlif dərəcəli xəsarətlər alıblar. Tİ-nin iki əməkdaşının verdiyi izahata əsasən, hadisə belə olub: İ.Abbasov onların ünvanına çoxsaylı söyüşlər, ağır təhqirlər və yerli camaatı münaqişəyə çağıran ifadələr işlədib, az sonra onun qardaşı və bir neçə nəfər də hadisə yerinə gəlib və münaqişəyə qoşulublar. Bəzi sakinlər tərəfindən Tİ əməkdaşlarına daş və digər əşyalar atılıb. Bununla da gərginlik yüksək həddə çatıb və Tİ əməkdaşları ilə İ.Abbasovun da içərisində olduğu qrup arasında dava başlayıb. İzahatı alınan Tİ əməkdaşları İ.Abbasovun konkret kim tərəfindən vurulduğunu xatırlaya bilməyib, bunu həmin anda həm dava etdikləri, həm də müdafiə olunduqları ilə izah ediblər.

Komissiyaya o da məlum olub ki, həmin ərazidə İ.Abbasovun, onun atasının və qardaşının qanunsuz tikililəri mövcuddur. İzahatları alınan işçilərin verdiyi məlumatlara əsasən, İ.Abbasovun həmin ərazidə vaxtaşırı çəkiliş aparmaq istəyi heç də onun jurnalist fəaliyyəti ilə bağlı olmayıb, şəxsi maraqlarına xidmət edib. Belə ki, hadisədən əvvəlki tarixlərdə də o, əhalini zorakılığa çağırmaq, şəxsi mənafeyi naminə kütləvi qarışıqlıq yaratmaq məqsədləri ilə tez-tez Sulutəpə ərazisində olub.

Hüquq İdarəsinin rəisi Eldar Orucov xatırladıb ki, aprelin 10-da İ.Abbasovun şəxsən iştirak etdiyi tədbirdə, habelə aprelin 11-də Sulutəpə ərazisinə keçirilmiş reyddə də həmin torpaqlarda tikinti işlərinin aparılmasının qadağan olunduğu, ARDNŞ tərəfindən belə halların qarşısının alınacağı jurnalistlərin diqqətinə çatdırılıb. Bu məsələlər haqqında kifayət qədər məlumatlı olmasına baxmayaraq, İ.Abbasov tərəfindən jurnalist peşəsi ilə bir araya sığmayan hərəkətlərə yol verilməsi, onun şəxsi məqsədləri üçün əhalini zorakılığa səsləməsi, təhqiramiz ifadələr işlətməsi jurnalist etikası baxımından dərin təəssüf doğurur.

Sakinlər tərəfindən hüquqazidd hərəkətlərə gəlincə, Orucov qeyd edib ki, baş verən qarşıdurmada Tİ-nin əməkdaşlarına daşlar, içərisi benzinlə dolu şüşələr atılıb, xüsusi hazırlanmış atlı süvarilər onların üsərinə hücum çəkiblər. Əvvəlcədən təşkil olunmuş bu hücumdan sonra ARDNŞ-nin əməkdaşları hadisə yerini tərk etməyə məcbur olub, bu zaman onların bəziləri baş və bədənlərinin müxtəlif yerlərindən xəsarətlər alıblar.

Orucovun sözlərinə görə, bütün bu xüsusatlar nəzərə alınaraq, hadisənin daha obyektiv, ədalətli araşdırılmasının təmin olunması məqsədilə komissiyanın topladığı bütün məlumatlar ARDNŞ rəhbərliyi tərəfindən aidiyyəti hüquq-mühafizə orqanına təqdim edilib.

Aprelin 18-də baş vermiş hadisə ilə əlaqədar fakt üzrə daxili işlər orqanları tərəfindən cinayət işi başlanılıb, hazırda Daxili İşlər Nazirliyi tərəfindən istintaq aparılır. Bundan sonra hadisəyə hüquqi qiymət verilməsi, eləcə də hadisənin hansı şəraitdə baş verməsi, hadisəni törədənlərin konkret dairəsinin müəyyənləşdirilərək qanunvericiliyə uyğun cəzanın müəyyən edilməsi DİN-in araşdırması əsasında müvafiq məhkəmə tərəfindən həyata keçiriləcək.

Orucov ARDNŞ-nin mövqeyinin dəyişməz olaraq qaldığını söyləyib.

"Şirkətimizin mövqeyi hadisələrə düzgün hüquqi qiymətin verilməsindən ibarətdir. ARDNŞ hər cür zorakılığı pisləyir, belə halların öz əməkdaşları tərəfindən meydana gəlməməsi üçün bütün lazımi tədbirləri həyata keçirir. Sulutəpə ərazisində baş verən hadisədən sonra Tİ əməkdaşları ilə bir daha maarifləndirici işlər aparılıb, onlara qanunvericiliyə ciddi əməl etmələri, münaqişəli hallarda maksimum həssas olmaları tapşırılıb", - o deyib.

Komissiya gələcəkdə qanunsuz tikililərin qarşısının alınmasında mövcud şirkətdaxili normativ sənədlərə müəyyən dəyişikliklər edilməsi zərurəti barədə tövsiyələr işləyib hazırlayıb və baxılması üçün ARDNŞ-nin prezidentinə təqdim edib. ARDNŞ mədən ərazilərində yarımçıq tikililərin bundan sonra məhkəmə vasitəsilə mübahisələndirilməsi işini daha kütləvi şəkildə davam etdirmək məqsədilə Binəqədi rayon icra hakimiyyətinə nümayəndə ayrılması üçün müraciət edib. Bundan başqa, ARDNŞ sahibliyində olan torpaq sahələrinin hüdudlarındakı ərazilərə dair verilmiş bələdiyyə qərarlarını məhkəmə qaydasında mübahisələndirmək üçün aidiyyəti bələdiyyələrə də müraciət edib və həmin qərarların surətlərini istəyib.

Orucov bir daha bildirib ki, ARDNŞ bundan sonra da sənədi olmayan yarımçıq tikintilərin qarşısının alınmasında qətiyyət göstərəcək, Tİ əməkdaşlarının işini daha sistemli, operativ şəkildə təşkil etmək üçün lazımi tədbirləri görəcək. Mədən ərazilərində qanunsuz olaraq həyata keçirilən tikinti işlərinin qarşısı alınacaq. Bundan başqa, görülən tədbirlər çərçivəsində qanunsuz tikililərlə bağlı işlərin məhkəmə qaydasında aparılması istiqamətində də tədbirlər genişləndiriləcək. ARDNŞ öz sahiblik hüquqlarını özgələrinin qanunsuz hərəkətlərindən qorumaq üçün lazımi addımlar atır və bundan sonra da atacaq.

"ARDNŞ-nin nümayəndələri müvafiq icra hakimiyyətinin nümayəndəsi ilə birgə yarımçıq tikili müəyyən etdiyi təqdirdə dərhal bu barədə akt tərtib olunacaq, tikinti işləri aparanın şəxsiyyətinin müəyyən edilməsi üçün müvafiq tədbirlər görüləcək. Tikintini aparanın şəxsiyyəti müəyyən edildiyi halda mübahisə baxılması üçün aidiyyəti məhkəməyə göndəriləcək, onun şəxsiyyəti müəyyən edilməzsə, ARDNŞ mülki qanunvericiliyin tələbinə görə öz sahiblik hüquqlarının müdafiəsi üçün yarımçıq tikili barəsində lazımi tədbirlər görəcək", - Orucov deyib.

ARDNŞ-nin Hüquq İdarəsinin rəisi onu da bildirib ki, Şirkətin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirdiyi hüquqi hərəkətlər bəzi hallarda KİV-lər tərəfindən ictimaiyyətin diqqətinə düzgün çatdırılmır və nəticədə mətbuatda ARDNŞ-nin gördüyü hüquqi müdafiə tədbirləri barəsində yanlış fikir formalaşdırılır.

"Bununla əlaqədar ARDNŞ bir daha bəyan edir ki, görülən tədbirlər Şirkətin daimi istifadəsinə verilmiş torpaq sahələrinə dair sahiblik hüququnun müdafiəsi ilə əlaqədardır və ölkə qanunvericiliyinin yol verdiyi hədlərdə hərəkət edilir. Zəbt olunmuş həmin ərazilərdə böyük həcmli karbohidrogen ehtiyatları mövcuddur. Digər tərəfdən, həmin ərazilərin yaşayış üçün istifadə edilməsi əhalinin sağlamlığının qorunması və təhlükəsizliyi baxımından qeyri-məqbul hesab edilir və buna görə də bu ərazilər qanunvericiliklə yaşayış məntəqələrinin salınması üçün nəzərdə tutulmayıb. ARDNŞ tərəfindən həyata keçirilən tədbirlər vətəndaşlarımızın sağlamlığına və təhlükəsizliyinə mənfi təsir göstərən həmin sənaye təyinatlı torpaq sahələrində məskunlaşmanın və ayrı-ayrı şəxslər tərəfindən qanunsuz tikililər inşa edilməsinin qarşısının alınmasına yönəlib. Nəzərə alınmalıdır ki, həmin ərazilərdə neft-qaz əməliyyatlarının aparılmasına dair ARDNŞ ilə xarici investorlar arasında Hasilatın Pay Bölgüsü üzrə Sazişlər (HPBS) imzalanıb, Milli Məclis tərəfindən ratifikasiya olunub və qanuni qüvvəyə minib. Həmin sazişlərə əsasən ARDNŞ, eləcə də Azərbaycan Respublikası Hökuməti kontrakt ərazilərində investorların maneəsiz fəaliyyət göstərmələri ilə bağlı müvafiq öhdəliklər daşıyır.
Dövlətimiz xarici sərmayələrin qorunması istiqamətində bütün dünyada etibarlı tərəfdaş kimi tanınır. ARDNŞ bunu nəzərə çatdıraraq, bir daha əhalini, bələdiyyələri, yerli idarəetmə və hüquq-mühafizə orqanları əməkdaşlarını, mətbuat nümayəndələrini Azərbaycan Hökumətinin beynəlxalq öhdəliklərinin bundan sonra da etibarlı təminatı sahəsində mütəşəkkil işbirliyinə dəvət edir", - o bildirib.

Bu il Şəki rayonunda 3 min tondan çox quru tütün istehsal edilib
Bu il Şəki rayonunda 3 min tondan çox quru tütün istehsal edilib
Azərbaycanda avtomobil istehsalı artıb
Azərbaycanda avtomobil istehsalı artıb
Azərbaycanda ilin sonunadək bal qiymətləri ucuzlaşa bilər
Azərbaycanda ilin sonunadək bal qiymətləri ucuzlaşa bilər
Loading Bars
Xəbər lenti
Azərbaycan Prezidenti: Bu gün baş verənlər Paşinyanın düşünülməmiş və təhlükəli fəaliyyətinin nəticələridir
Prezident İlham Əliyev: Minsk qrupunun həmsədrlərinin Ermənistana təzyiq göstərməsinin mümkün olmaması çoxlu suallar doğurur
Prezident İlham Əliyev: Əgər biz razılığa gəlsək erməni qoşunları Kəlbəcər və Laçın rayonlarından, habelə Ağdam rayonunun bir hissəsindən dərhal çıxarılmalıdır
Azərbaycan Prezidenti: Ermənistan vasitəçilərə bir söz deyir, özləri isə tamam başqa iş görürlər
Prezident İlham Əliyev: Hər bir insan həyatı dəyərlidir, bizim itkilərimiz minimaldır
Prezident İlham Əliyev: Erməni tərəfinin itkisi 5 mindən çox ola bilər
Ceyhun Bayramov və İsveçrə Xarici İşlər Departamentinin rəhbəri arasında telefon danışığı baş tutub
Bərdənin vurulma anı (VİDEO)
Ermənistan terroru nəticəsində Bərdədə öldürülən şəxslərin adları açıqlanıb - SİYAHI
Onlar elə bilirlər ki, bizi qorxudacaqlar, amma... - Erməni raketinin yaraladığı Bərdə sakinləri danışır (FOTO)
Ermənistanın Bərdəyə raket hücumu nəticəsində həlak olan şəxslərin adları açıqlandı
İran ilk günlərdən Azərbaycanın ərazilərinin işğal olunmasına müxalif olub - İran XİN müavini
Prezident İlham Əliyev: İran-Azərbaycan əlaqələri son illər ərzində çox sürətlə inkişaf edib
Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır - Seyid Abbas Əraqçi (ÖZƏL)
Prezident İlham Əliyev: Əgər Ermənistan öz xoşu ilə işğal edilmiş qalan torpaqlardan çıxmasa, onları oradan da qovacağıq
Ceyhun Bayramovun Böyük Britaniyanın Dövlət Naziri ilə telefon danışığı olub
İran günahsız insanların öldürülməsini və şəhərlərin atəşə tutulmasını qəbuledilməz hesab edir - Əraqçidən ÖZƏL açıqlama
Döyüş meydanından qaçan düşmən qüvvələri məhv edilib (VİDEO)
Prezident İlham Əliyev İran Prezidentinin xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)
FHN-in rəhbər heyəti hazırda Bərdə rayonundadır (FOTO)
Azərbaycan artilleriyaçıları düşməni belə məhv edir (VİDEO)
Ermənistan mülki insanlara qarşı növbəti dəfə terror akı törətməklə beynəlxalq hüququ kobud şəkildə pozdu - Ombudsman
Azercell Bərdəlilərin yanındadır!
Ermənistanın Bərdəyə raket atəşi nəticəsində yaralananların vəziyyəti ağırdır - Xəstəxana direktoru
Dinc əhalini atəşə tutan düşmənin canlı qüvvəsi sərrast atəşlə məhv edilib (VİDEO)
Düşmən bilməlidir ki, heç bir təxribat zəfər yolumuza mane ola bilməz - Anar Eyvazov
Pakistan Milli Assambleyası Ermənistan təcavüzünü pisləyən qətnamə qəbul edib
Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə telefonla danışıb (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Bu cür vəhşicəsinə hücumlar onu göstərir ki, ermənilərin qəddarlığının həddi yoxdur (FOTO)
Bölmələrimiz şəhər və rayonlarımıza atəş açan düşməni məhv edib (VİDEO)
Türkiyədə general Polad Həşimov adına park açılıb (FOTO)
Ədliyyə Nazirliyi nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb
Ceyhun Bayramov və ABŞ Dövlət katibinin müavini arasında telefon danışığı olub
Dövlət Komitəsi Azərbaycan diasporuna və dost xalqların diaspor nümayəndələrinə müraciət edib
İşğal etdiyi ərazilərdən çıxmamaq üçün hər yola əl atan Ermənistan rəhbərliyi ağıl və vicdanını itirmiş bir şəkildə hərəkət edir - Türkiyə XİN
Ermənistan Azərbaycanın dinc sakinlərinin ölümünə görə məsuliyyət daşıyır - Türkiyə Prezident Administrasiyası
Fransa prezidenti Emmanuel Makronun erməni kökləri - Elxan Ələsgərovun araşdırması
İran Azərbaycana hərtərəfli şəkildə dəstək verməlidir - İranlı deputat
Ombudsmanın MPQ üzvləri tərəfindən Gəncə şəhər Uşaq Evinə başçəkmə həyata keçirilib (FOTO)
İşğal altında olan meşələrimiz barədə məlumatlar yox dərəcəsindədir - Botanika İnstitutu
Bakı Beynəlxalq Enerji Xartiyası Forumu başa çatıb (FOTO)
Düşmən belə məhv edilir - Azərbaycan Ordusu tarix yazmağa davam edir (VİDEO)
KOBİA-nın tərəfdaşlığı ilə Sosial Sahibkarların Beynəlxalq Forumu keçirilib
Pakistan səfiri ermənilərin Bərdədə törətdiyi terror əməlini pislədi
Tanınmış alimlər Dillər Universitetinə yazırlar: Dualarımız sizinlədir, Qarabağ Azərbaycandır
Ermənistanın vəhşi əməlləri barədə susmaq cinayətkarları növbəti vəhşiliklərə təhrik etməyə bərabərdir - XİN-in bəyanatı
Müvəkkil İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib (FOTO)
Oktyabrın 29-da manatın dollara qarşı məzənnəsi
Bərdədə ölən və yaralananlar arasında uşaqlar da var - Baş həkim
MDU rektoru "Əsgərə məktub" layihəsinə qoşulub (FOTO)
Giriş-çıxışın dayandırıldığı şəhər və rayonların sayı artırıldı
Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
Ermənistan ordusu atəşkəs razılaşmalarını pozmaqla mülki şəxslərin soyqırımına davam edir - TMMN
İran Bərdəyə hücumu kəskin şəkildə pislədi
Bərdəyə hücum bir daha Ermənistanın terrorçu mahiyyətini təsdiq edir - Türkiyə Milli Müdafiə Nazirliyi
26 iaşə obyektində koronavirusla bağlı qaydalara əməl olunmadığı aşkarlandı
Cinayətkar Ermənistan rəhbərliyi mülki əhalimizə qarşı terrorun cavabını ağır ödəyəcək - Deputat
Prezident İlham Əliyev: Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlının bir neçə kəndi işğaldan azad edildi
TİKA Azərbaycanın işğaldan azad olunmuş rayonlarında KOB sektorunun inkişafında və məşğulluğun artırılmasında maraqlıdır
Söz azadlığından danışan Fransada erməni lobbisinin bu azadlığı boğması qəbuledilməzdir - Politoloq
Prezident İlham Əliyev: Bərdə sakinlərinin qisası yerdə qalmayacaq
Ermənilər Tərtəri yenidən qrad atəşinə tutub
Azərbaycanda son sutkada 988 nəfər COVID-19-a yoluxub, 340 nəfər sağalıb, 11 nəfər vəfat edib
Daxili Qoşunların hərbi qulluqçuları Bərdəyə göndərildi - DİN
“Həkimlərimizi tanıyın!” - həkim-dermatoveneroloq Dr. Sevinc Kərimova
Bərdədə ölənlər arasında FHN-in əməkdaşı da var
Bərdədə ölənlərin sayı 21 oldu, 70 yaralı var (ƏLAVƏ OLUNUB) (FOTO)
Düşmən Zəngilanda diversiyaya cəhd etdi, hamısı məhv edildi (VİDEO)
Astarada evini tərk edən COVİD-19 xəstəsi mağazada saxlanıldı
Bərdənin qisası alınır: Erməni hərbçiləri belə məhv edilir (VİDEO)
Mərkəzi Gömrük Hospitalında Patomorfoloji diaqnostika şöbəsi yaradılıb
Düşmən Tərtər rayonunun ərazisini yenidən atəşə tutub
Azərbaycan "Facebook" şirkətinə müraciət edib
Gəncədə koronavirusla bağlı qərargah maarifləndirmə tədbirlərini davam etdirir
Tibb işçilərini Dağlıq Qarabağda zorakılıqdan qorumaq vacibdir - ÜST
İranda sutka ərzində koronavirusdan 415 nəfər dünyasını dəyişib
Bərdədə ölənlərin hər biri günahsız insanlardır - Hikmət Hacıyev
Bərdədə erməni terroru törədilən ərazidə son vəziyyət - VİDEO
Bərdədə erməni terroru olan ərazidə xilasetmə işləri davam etdirilir - FHN
Düşmən dezinformasiya yaymaqla törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır - Müdafiə Nazirliyi
Ermənistan mülki insanlarımıza hücumları davam etdirsə, lazımi tədbirlər görüləcək - Prezidentinin köməkçisi
Hikmət Hacıyev hərbi atteşeləri Bərdəyə səfər etməyə çağırıb
Ermənistan Dağlıq Qarabağda həlak olan hərbçilərinin sayını açıqlayıb
Bərdəyə kasetli bombadan hücum Azərbaycan xalqına qarşı növbəti soyqırımdır - Hikmət Hacıyev
Bakı Beynəlxalq Enerji Xartiyası Forumu öz işinə başlayıb (FOTO)
Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutulur
Ermənistan Bərdəyə hücumla beynəlxalq humanitar hüququ kobudcasına pozur - Qazaxıstan səfiri
Zəngilandakı məscidin tövlə kimi istifadə edilməsi islam dünyası üçün təhqirdir - Anar Kərimov
Bərdəyə hücum bəşəriyyətə qarşı cinayətdir - XİN
Dağlıq Qarabağda tarixi abidələrin dağıdılması bu ərazilərdə azərbaycanlıların mədəni kimliyinin itirilməsi məqsədi güdür - Anar Kərimov
Ermənistanın Azərbaycanda yaşayış məntəqələrinə hücumu bəşəriyyətə qarşı atılan addımdır - Hikmət Hacıyev
Bu gün Bərdəyə atılan raketlərin qalıqları (FOTO)
Qarabağ Türkiyə üçün qırmızı xətdir və bu məsələdə heç kimə güzəşt etməyəcəyik - Ərdoğan
Koreyada erməni vandalizminə qarşı etiraz aksiyası keçirilib (FOTO)
Şəhid ailələri və müharibə əlillərinə ev verilib (FOTO)
Azərbaycan Avropa Məhkəməsinə müraciət edərək, Ermənistan barəsində təminat tədbirlərinin tətbiq olunmasını tələb edib - Fuad Ələsgərov
Düşmən Bərdə şəhərini yenidən raket hücumu edib (ƏLAVƏ OLUNUB) (FOTO/VİDEO)
Ermənistanın müharibə cinayətləri şiddətlə qınanmalıdır - Hikmət Hacıyev - (ƏLAVƏ OLUNUB)
Rostovu qorxu altında saxlayan Melkumyanlar - Rusiya KİV
Azərbaycan Ordusu mülki əhalini heç vaxt hədəf almır - MN
Bütün xəbərlər