...

Kulturoloqların II Beynəlxalq Bakı Forumu keçiriləcək

Cəmiyyət Materials 25 May 2012 14:56 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən iyunun 12-13-də Kulturoloqların II Beynəlxalq Bakı Forumunun keçirilməsi nəzərdə tutulub.
Kulturoloqların II Beynəlxalq Bakı Forumu keçiriləcək

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən iyunun 12-13-də Kulturoloqların II Beynəlxalq Bakı Forumunun keçirilməsi nəzərdə tutulub.

Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd respublikamızda həyata keçirilən mədəniyyət siyasətinin qarşısında duran vəzifələrin yerinə yetirilməsində elmin iştirakını təmin etmək, xarici ölkələrdə fəaliyyət göstərən müvafiq elmi qurumlar ilə sıx əməkdaşlıq əlaqələri yaratmaq, kulturologiya elminin populyarlaşması, habelə mədəniyyət sahəsinin dövlətin və cəmiyyətin inkişafında əhəmiyyətinin artırılmasına xidmət edən elmi tədqiqatları dəstəkləməkdir.

Forumda yerli mütəxəssislərlə yanaşı, Böyük Britaniya, Türkiyə, Rusiya, Gürcüstan, Rumıniya, Macarıstan, Ukrayna, Qazaxıstan, Belarus, Qırğızıstan və Özbəkistan kimi ölkələrin nümayəndələrinin iştirakı gözlənilir.

Tədbirin əsas mövzusu "Dövlətin inkişafında mədəniyyət siyasətinin rolu"dur.

Xəbər lenti

Xəbər lenti