...

Bakıdakı şagirdlərə attestat və şəhadətnamələr təqdim edilib

Cəmiyyət Materials 27 İyun 2012 13:03 (UTC +04:00)
Bakı şəhərindəki ümumtəhsil müəssisələrini bitirən şagirdlərin hamısına artıq attestatlar və şəhadətnamələr təqdim edilib.
Bakıdakı şagirdlərə attestat və şəhadətnamələr təqdim edilib

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir A.Axundov/

Bakı şəhərindəki ümumtəhsil müəssisələrini bitirən şagirdlərin hamısına artıq attestatlar və şəhadətnamələr təqdim edilib. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib.

Onun sözlərinə görə, hazırda digər rayon və şəhərlərdə attestat və şəhadətnamələrin verilməsi üçün iş aparılır.

Nazir bu məsələ ilə bağlı heç bir problemin olmadığını da qeyd edib.

"Attestatın verilməsi ilə bağlı heç bir gərginlik yoxdur. Dünən bayram günü olmasına baxmayaraq, nazirliyin əməkdaşları işləyiblər", - Mərdanov əlavə edib.

Xəbər lenti

Xəbər lenti