...

Azərbaycanda qanunsuz yaşayan 170-dən çox əcnəbi aşkar edilib

Cəmiyyət Materials 3 İyul 2012 17:00 (UTC +04:00)
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən ötən həftə ərzində ölkə qanunvericiliyinin tələblərini pozmuş 172 əcnəbi saxlanılıb.
Azərbaycanda qanunsuz yaşayan 170-dən çox əcnəbi aşkar edilib

Azərbaycan, Bakı, 3 iyul /Trend/

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən ötən həftə ərzində ölkə qanunvericiliyinin tələblərini pozmuş 172 əcnəbi saxlanılıb.

Xidmətdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə DMX tərəfindən həyata keçirilən tədbirlər ötən həftə ərzində də davam etdirilib.

25-30 iyun 2012-ci il tarixlərdə Dövlət Miqrasiya Xidməti tərəfindən Bakıda, Gəncədə, həmçinin Şamaxı və Daşkəsən rayonlarında qanunsuz miqrasiyaya qarşı keçirilən müvafiq tədbirlər nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilib, eyni zamanda, ölkədə olma və yaşama qaydalarını pozmuş 172 əcnəbi aşkar edilib. Saxlanılan şəxslər barəsində Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilib.

DMX tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti