Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir İ.İsabalayeva/
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012/2013-cü tədris ilində Azərbaycanın ali məktəblərinin bakalavriat səviyyəsinə sənəd verən rus bölməsinin abituriyentlərinin Azərbaycan dilindən test imtahanına "Buraxılış vərəqəsi"nin verilməsinə başlayıb.
Komissiyanın mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, abituriyentlər bunun üçün TQDK-nın rəsmi saytına daxil olmalıdırlar. Abituriyentlər özləri sistemə daxil olaraq, imtahana "Buraxılış vərəqəsi"ni çap edə bilərlər.
Rus bölməsi abituriyentləri üçün Azərbaycan dili fənnindən növbəti imtahan iyulun 7-də keçiriləcək.