...

"Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun qüvvəyə mindi

Cəmiyyət Materials 10 İyul 2012 16:36 (UTC +04:00)
"Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun qüvvəyə minib. Trend-in məlumatına görə, Prezident həmin qanunun tətbiqini təmin etmək məqsədi fərman imzalayıb.
"Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun qüvvəyə mindi

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir K.Zərbalıyeva/

"Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun qüvvəyə minib. Trend-in məlumatına görə, Prezident həmin qanunun tətbiqini təmin etmək məqsədi fərman imzalayıb.

Nazirlər Kabinetinə qanunların və Prezidentin aktlarının "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanuna uyğunlaşdırılması barədə təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.

Nazirlər Kabineti qanunun pozulmasına görə məsuliyyət növlərinin müəyyən edilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.

Həmçinin, hökumətə həbs yerlərinin Daxili intizam qaydalarını üç ay müddətində Prezidentlə razılaşdırmaqla təsdiq etmək tapşırılıb.

Nazirlər Kabinetinə tutulmuş və ya həbs edilmiş şəxslərin yemək və maddi-məişət normalarını, həmin şəxslərə tibbi və psixoloji yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması qaydalarını üç ay müddətində müəyyən etmək və bu barədə Prezidentə məlumat vermək tapşırılıb.

4 fəsil və 50 maddədən ibarət qanun Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydada tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerlərində hüquq və azadlıqlarının həyata keçirilməsi və təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir.

Yeni qanunla əvvəlkindən fərqli olaraq saxlanılan və ya həbs olunan şəxs nəinki onun hüquqlarını müdafiə edən şəxslə, habelə ailə üzvləri və digər yaxınları ilə də görüşmək imkanı qazanacaq.

Həmçinin, saxlanılan və ya həbs olunan şəxsin həbs yerinin kitabxanasından istifadə üçün ədəbiyyat, qəzet və jurnal götürmək və ya şəxsi hesablarında olan vəsaiti hesabına həbs yerinin müdiriyyətinin vasitəsilə ticarət şəbəkəsindən yazı ləvazimatları, ədəbiyyat, qəzet və ya jurnal əldə etmək, dini ayinləri yerinə yetirmək, dini ləvazimatlardan və ədəbiyyatlardan istifadə etmək, bağlama, sovqat və banderol almaq, mülki hüquq münasibətlərində iştirak etmək, notariusun xidmətlərindən istifadə etmək, etik davranışa uyğun rəftar olunmaq, həbs yerinin müdiriyyəti tərəfindən qəbul edilmək hüququ var.

Xəbər lenti

Xəbər lenti