...

Bakıda mənzil-tikinti kooperativinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Cəmiyyət Materials 10 İyul 2012 18:19 (UTC +04:00)
"Şərq-M" Mənzil-tikinti kooperativinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə yolu ilə vətəndaşların aldadılması barədə Bakı Apellyasiya Məhkəməsinin qərardadı əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılıb.
Bakıda mənzil-tikinti kooperativinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Azərbaycan, Bakı, 10 iyul /Trend/

"Şərq-M" Mənzil-tikinti kooperativinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə yolu ilə vətəndaşların aldadılması barədə Bakı Apellyasiya Məhkəməsinin qərardadı əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılıb.

Trend-in Baş Prokurorluğun rəsmi saytına istinadən verdiyi məlumata görə, müəyyən edilib ki, Bakı şəhər sakini Fuad Əzizov 2007-ci ildə alqı-satqı müqaviləsi əsasında "Şərq-M" MTK-nın Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, 204 saylı ünvanda inşa edilmiş 12 mərtəbəli yaşayış binasında üç mənzil alaraq kooperativə ümumilikdə 111 min 900 manat məbləğində vəsait ödəyib. MTK-nın sədri Fərhad Quliyev və kooperativin digər vəzifəli şəxsləri qulluq mövqelərindən sui-istifadə edərək həmin mənzilləri müxtəlif tarixlərdə bağlanmış alqı-satqı müqavilələri əsasında ayrı-ayrı şəxslərə sataraq külli miqdarda özgə əmlakını ələ keçiriblər.

Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində iş üzrə istintaq davam etdirilməklə "Şərq-M" MTK-nın vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanun pozuntularının aradan qaldırılması və vətəndaşlara dəymiş ziyanın ödətdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti