Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir İ.İsabalayeva/
2012-2013-cü tədris ilində Azərbaycanın orta məktəblərində şagirdlərin tətil günləri açıqlanıb.
Təhsil Nazirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, tədris planına uyğun olaraq, dərs məşğələləri, bir qayda olaraq, sentyabrın 15-də başlayıb mayın 31-də başa çatacaq.
Dərs ilinin birinci yarımili 15 sentyabr - 29 dekabr, ikinci yarımili 6 yanvar - 31 may tarixlərini əhatə edəcək.
Dərs ili ərzində şagirdlər üçün 12-17 noyabrda (6 gün) payız tətili, 30 dekabr - 5 yanvarda (7 gün) qış tətili olacaq. Fevralın 12-17-də (6 gün) I sinif şagirdlərinə əlavə tətil veriləcək. Məktəblilərin yaz tətili isə 17-24 martda (8 gün) olacaq.