...

Bakının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq (FOTO)

Cəmiyyət Materials 31 İyul 2012 11:01 (UTC +04:00)
31 iyul və 1 avqust tarixlərində paytaxtın Binəqədi və Nərimanov rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər tətbiq ediləcək.
Bakının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq (FOTO)

Azərbaycan, Bakı, 31 iyul /Trend/

31 iyul və 1 avqust tarixlərində paytaxtın Binəqədi və Nərimanov rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər tətbiq ediləcək. Bu barədə Trend-ə "Azərsu" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məhdudiyyətlər yeni çəkilmiş su xəttinin şəbəkəyə qoşulması işləri ilə əlaqədardır.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

Qeyd edək ki, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. Abunəçilərin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədi ilə Bakı şəhəri Binəqədi rayonu Əhməd Rəcəbli küçəsində uzun müddət istismarda olan polad borulardan ibarət su kəməri 700 mm diametrli polietilen borularla çəkilmiş 750 metrlik magistral su xətti ilə dəyişdirilib.

Xəbər lenti

Xəbər lenti