...

Ombudsman Aparatının əməkdaşları istintaq təcridxanasında saxlanılan jurnalistlərlə görüşüblər

Cəmiyyət Materials 31 Avqust 2012 18:22 (UTC +04:00)
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan jurnalistlər Fərəməz Allahverdiyev və Əvəz Zeynalovla görüşüblər.
Ombudsman Aparatının əməkdaşları istintaq təcridxanasında saxlanılan jurnalistlərlə görüşüblər

Azərbaycan, Bakı, 31 avqust /Trend/

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan jurnalistlər Fərəməz Allahverdiyev və Əvəz Zeynalovla görüşüblər.

Aparatın mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, görüş zamanı hər iki şəxs saxlanılma şəraiti və onlarla rəftardan şikayət etməyiblər.

Fərəməz Allahverdiyev azadlıqdan məhrum edilməsi ilə bağlı onun barəsində çıxarılan məhkəmə hökmündən narazılığını bildirib və hökmün surətini aldıqdan sonra Bakı Apellyasiya Məhkəməsinə şikayət edəcəyini söyləyib.

Əvəz Zeynalov işinə baxan hakimin məzuniyyətdə olması səbəbindən 1 aydır ailə üzvləri ilə ona görüşün verilməməsindən şikayət edib.

Aparılmış araşdırma zamanı Zeynalovun ərizələrinin istintaq təcridxanasından aidiyyəti qurumlara göndərildiyi və bununla bağlı qəbzlərin onun şəxsi işinə tikildiyi müəyyən edilib.

Ombudsman Aparatının əməkdaşları istintaq təcridxanasına növbəti başçəkmələri zamanı da onunla görüşəcəklərini bildiriblər.

Görüşdə istintaq təcridxanasının rəisi də iştirak edib.

Zeynalovun ailəsi ilə görüş yaradılmasında yardımçı olması üçün müvəkkil Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrinə müraciət edib.

Xəbər lenti

Xəbər lenti