...

Bakıda sərnişin qatarı ilə sərnişin avtobusunun toqquşması nəticəsində yaralananlardan 6-sı xəstəxanadan evə buraxılıb

Cəmiyyət Materials 1 Sentyabr 2012 14:24 (UTC +04:00)
Bakının Qaradağ rayonunda avqustun 31-də səhər saatlarında sərnişin avtobusu ilə sərnişin qatarının toqquşması nəticəsində Kliniki Tibbi Mərkəzə yerləşdirilən xəstələrdən 6-sı evə buraxılıb.
Bakıda sərnişin qatarı ilə sərnişin avtobusunun toqquşması nəticəsində yaralananlardan 6-sı xəstəxanadan evə buraxılıb

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Bakının Qaradağ rayonunda avqustun 31-də səhər saatlarında sərnişin avtobusu ilə sərnişin qatarının toqquşması nəticəsində Kliniki Tibbi Mərkəzə yerləşdirilən xəstələrdən 6-sı evə buraxılıb. Bunu şənbə günü Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.

Onun sözlərinə görə, hazırda Mərkəzdə 22 nəfər müalicə olunur. Onlardan 6-nın vəziyyəti orta-ağır qiymətləndirilir.

Qədirli bildirib ki, hazırda 1 yaralı Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, 1 nəfəri isə Mərkəzi Neftçilər Xəstəxanasında müalicə edilir.

Qeyd edək ki, hadisə nəticəsində ümumilikdə 54 nəfər xəsarət alıb. Onlardan 6-sı dünyasını dəyişib.

Xəbər lenti

Xəbər lenti