...

Bakı Ali Neft Məktəbində britaniyalı qonaqlarla görüş keçirilib

Cəmiyyət Materials 27 Sentyabr 2012 09:51 (UTC +04:00)
Bakı Ali Neft Məktəbində britaniyalı qonaqlarla görüş keçirilib
Bakı Ali Neft Məktəbində britaniyalı qonaqlarla görüş keçirilib

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

Böyük Britaniyanın Orta Şərq Assosiasiyasının (Middle East Association) təşkilatçılığı ilə Bakıda səfərdə olan bu ölkənin bir sıra universitetlərinin və təhsil mərkəzlərinin nümayəndələri (Orta Şərq Assosiasiyasının baş məsləhətçisi Fəridə Alp-Uolter, Eston Universitetinin Hazılıq Mərkəzinin direktoru doktor Malkolm Bus, Brədford Universitetinin iqtisadi məsələlər üzrə rəhbəri doktor Karen Cəkson, Karfaks Təhsil Mərkəzinin əməkdaşları Metyu Qoldi Skot və Eleonora Suhoviy) Bakı Ali Neft Məktəbində olmuş, burada yaradılan maddi-texniki şərait və tədris prosesi ilə yaxından tanış olmuşlar.

Trend-in məlumatına görə, qonaqları qəbul edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov onlara Bakı Ali Neft Məktəbinin yaranması tarixi barədə məlumat vermişdir. O bildirmişdir ki, yeni yaradılan ali təhsil ocağının Böyük Britaniyanın Heriot Uatt Universiteti ilə sıx tərəfdaşlıq münasibətləri qurulmuşdur. O, bu əməkdaşlıq çərçivəsində gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında qonaqlara ətraflı məlumat vermişdir.

Böyük Britaniyalı qonaqlar qısa vaxt ərzində Bakı Ali Neft Məktəbində yaradılan şəraitdən razı qalaraq, onunla müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq qurmaq niyyətlərini ifadə etmişlər.

Xəbər lenti

Xəbər lenti