...

Avropa Parlamentinin üzvü II Bakı Beynəlxalq Humanitar Forumunu qiymətləndirib

Cəmiyyət Materials 5 Oktyabr 2012 14:46 (UTC +04:00)
Bakıda keçirilən II Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın müxtəlif ölkələrindən mütəxəssislərin dəvət olunması və onların xüsusən də çox mədəniyyətliliyi müzakirə etməsi təqdirəlayiqdir.
Avropa Parlamentinin üzvü II Bakı Beynəlxalq Humanitar Forumunu qiymətləndirib

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir M.Əliyev/

Bakıda keçirilən II Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın müxtəlif ölkələrindən mütəxəssislərin dəvət olunması və onların xüsusən də çox mədəniyyətliliyi müzakirə etməsi təqdirəlayiqdir. Trend-in məlumatına görə, bu barədə forumun iştirakçısı olan Avropa Parlamentinin üzvü, Paris şəhərinin 7-ci rayonunun meri Rəşidə Dati Milli Məclisdə keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, bu forum iştirakçı dövlətlər üçün də bir fürsətdir.

"Mənim birbaşa aiddiyəti olduğum çoxmədəniyyətlilik forum çərçivəsində geniş müzakirə olundu. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə böyük təcrübəsi var və iştirakçı ölkələrin nümayəndələri bu praktikadan böyük məmuniyyətlə yararlanırlar. Avropada, xüsusən də Fransada adətən dərs verməyi öyrəniblər, amma bu forumdan, xüsusən də Azərbaycandan onların çoxmədəniyyətlilik sahəsində öyrənəcəyi çox şeylər var", - Dati deyib.

Xəbər lenti

Xəbər lenti