...

Norveçin Petrad Dövlət Fondunun direktoru və Stavanger Universitetinin professoru BANM-də olub

Cəmiyyət Materials 19 Oktyabr 2012 12:58 (UTC +04:00)
Oktyabrın 19-da Norveçin Petrad Dövlət Fondunun direktoru Oystein Berg, tanınmış Stavanger Universitetinin professoru Ove Tobias Gudmestad və "Statoil-Azərbaycan" şirkətinin nümayəndələri - Şahpur Sotudehmaneş və Sevil Əliyeva Bakı Ali Neft Məktəbində olub.
Norveçin  Petrad Dövlət  Fondunun direktoru və Stavanger  Universitetinin  professoru BANM-də olub

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

Oktyabrın 19-da Norveçin Petrad Dövlət Fondunun direktoru Oystein Berg, tanınmış Stavanger Universitetinin professoru Ove Tobias Gudmestad və "Statoil-Azərbaycan" şirkətinin nümayəndələri - Şahpur Sotudehmaneş və Sevil Əliyeva Bakı Ali Neft Məktəbində olub.

BANM-dən Trend-ə verilən məlumata görə, qonaqlar məktəbdə yaradılan maddi-texniki şərait və tədris prosesi ilə yaxından tanış olublar.

Qonaqları qəbul edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin son illər keçdiyi inkişaf yolundan danışıb, Şirkətin Azərbaycanda və ölkədən kənarda həyata keçirdiyi layihələr barədə ətraflı söz açıb.

O, Bakı Ali Neft Məktəbinin Prezident İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə Azərbaycan Dövlət Neft Şirkətinin strukturunda dövlət müəssisəsi statusunda yaradıldığını qeyd edib.

Bakı Ali Neft Məktəbinin yaradılmasında əsas məqsəd Azərbaycanda beynəlxalq standartlara uyğun, ən müasir tədris planları və texnologiyaları əsasında qurulan təhsil prosesini təşkil etmək, sənayenin müasir tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislərə yaranan ehtiyacı ödəmək, ARDNŞ-nin Azərbaycanda və ölkə hüdudlarından kənarda genişlənən fəaliyyətini nəzərə alaraq, müasir biliklərə yiyələnən, ingilisdilli mühəndis kadrları hazırlamaq olduğunu qeyd edib.

Görüş çərçivəsində "Statoli-Azərbaycan" Şirkəti və Bakı Ali Neft Məktəbi arasında neft-qaz mühəndisliyi və kimya muhəndisliyi ixtisasları üzrə tədris fənlərinə aid inglis dilində ədəbiyyat təminatı,hər ixtisas üzrə gələcəkdə iki tələbənini müəllim kimi, Bakı Ali Neft Məktəbində işləməsi şərti ilə Norveç universitetlərində dokturanturaya(PHD) göndərilməsi və Statoil Şirkətinin Azərbaycanda fəaliyyət göstərən və xaricdən gələn müxtəlif mütəxəssislərinin BANM tələbələri qarşısında məruzələrlə çıxış etmələri haqqında razılıq əldə olunub.

Sonda Petrad Dövlət Fondunun direktoru Oystein Berg Petrad Fondu haqqında dərc olunmuş kitabı və Stavanger Universitetinin professoru Ove Tobias Gudmestad müəllifi olduğu iki kitabını Bakı Ali Neft Məktəbinin rektoruna təqdim ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti