...

Bir sıra rəsmilər Bakı Ali Neft Məktəbi ilə tanış olublar

Cəmiyyət Materials 24 Oktyabr 2012 13:35 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov, ombudsman Elmira Süleymanova və digər rəsmi şəxslər çərşənbə günü Bakı Ali Neft Məktəbində olublar.

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov, ombudsman Elmira Süleymanova və digər rəsmi şəxslər çərşənbə günü Bakı Ali Neft Məktəbində olublar.

Ali Neft Məktəbindən Trend-ə verilən məlumata görə, qonaqlar bu məktəbdə yaradılmış infrastrukturla, tədris prosesi və Texnologiyaların Transferi Mərkəzi ilə yaxından tanış olublar.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqlara ali məktəbə tələbə qəbulu, tədris prosesinin təşkili və Böyük Britaniyanın Heriot-Uatt Universiteti ilə Bakı Ali Neft Məktəbi arasında olan əməkdaşlıq münasibətləri əsasında həmin universitetin tədris proqramınını tətbiqi haqqında ətraflı məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti