Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda peşəkar səviyyədə işləyən turizm şirkətlərinin sayı azdır. Trend-in məlumatına görə, bunu Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev bazar ertəsi Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşündə deyib.
Onun sözlərinə görə, turizm şirkətləri yayda turistləri daha çox Türkiyənin Antalya, yay bitən kimi isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə göndərirlər.
"Sanki dünyada başqa şəhərlər yoxdur. Bunun həlli yollarından biri peşəkar kadrların hazırlanması və onların bu işə cəlb edilməsidir", - İsmiyev deyib.
O qeyd edib ki, ölkədəki 210 turizm şirkətindən təxminən 130-u normal səviyyədə çalışır.