Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir İ.isabalayeva/
Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri bu gün Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyevlə görüşüb.
Trend-in məlumatına görə, klubun prezidenti Telman Əliyev deyib ki, təmsil etdiyi qurum 2002-ci ilin iyun ayında yaradılıb. Klubun fəxri sədri İlham Əliyevdir. Klubun əsas məqsədi özəl sektor və dövlət qurumları arasında əlaqə yaratmaq, neft sektorundan əldə olunan gəlirləri qeyri-neft sektoruna cəlb etməkdir.
Əliyev turizm şirkətlərinin bu sahə ilə bağlı bəzi təkliflərini də açıqlayıb.
Aydın İsmiyev isə deyib ki, Azərbaycanda turizm yeni sahədir. Bu sahə ölkədə son 6-7 ildə inkişaf edib. Bu müddətdə böyük nailiyyətlər əldə edilib. Əgər 2006-cı ildə ölkədəki menmanxanaların sayı 288 idisə, hazırda onların sayı 508-dir.
O, turizm şirkətlərini maraqlandıran suallara da cavab verib.
Tədbirin sonunda Aydın İsmiyevə və Nazirlər Kabineti yanında Bakı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidova klubun fərxri diplomu təqdim edilib.