...

Azərbaycanda doktoranturaya qəbul imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi gündəmə gətirilə bilər

Cəmiyyət Materials 8 Noyabr 2012 13:17 (UTC +04:00)
Azərbaycanda yeni hazırlanmış "Elm siyasəti haqqında" qanunun müzakirəsi zamanı ali təhsilin doktorantura səviyyəsinə qəbul imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması məsələsi gündəmə gətirilə bilər.
Azərbaycanda doktoranturaya qəbul imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi gündəmə gətirilə bilər

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda yeni hazırlanmış "Elm siyasəti haqqında" qanunun müzakirəsi zamanı ali təhsilin doktorantura səviyyəsinə qəbul imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması məsələsi gündəmə gətirilə bilər. Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Musa Qasımlı deyib.

O hesab edir ki, orta məktəblərin buraxılış imtahanları, ali məktəblərin bakalavr və magistratura səviyyələri üzrə qəbul imtahanları mərkəzləşdirilmiş qaydada həyata keçirilirsə, doktoranturaya qəbul da bu formada keçirilməlidir.

Millət vəkilinin sözlərinə görə, doktoranturaya qəbul imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılmasının ancaq faydası ola bilər.

Qasımlı hesab edir ki, əslində, doktoranturaya qəbul zamanı mərkəzləşdirilmiş imtahanının keçirilməsi çətin olmaz. Çünki artıq Azərbaycanda imtahanların mərkəzləşdirilmiş qaydada keçirilməsi təcrübəsi var. Doktoranturaya qəbulu da bu əsaslarla keçirmək olar.

Komitə üzvünün fikrincə, mərkəzləşdirilmiş buraxılış imtahanları, bakalavr və magistraturaya qəbul imtahanları kimi, doktoranturaya qəbulun da TQDK tərəfindən həyata keçirilməsi səmərəli olar.

Qeyd edək ki, hazırda doktoranturaya qəbul AMEA sisteminə daxil olan elmi tədqiqat müəssisələri və Təhsil Nazirliyi sistemindəki ali məktəblər tərəfindən aparılır.

"Elm siyasəti haqqında" qanun layihəsinin payız sessiyasında Milli Məclisinin müzakirəsinə verilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti