...

Baş Prokurorluq Elşad Abdullayevin evində axtarış aparılması ilə bağlı məlumatları təkzib edir

Cəmiyyət Materials 8 Noyabr 2012 15:57 (UTC +04:00)
Baş Prokurorluq fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin Bakıdakı evində axtarış aparılması ilə bağlı məlumatları təkzib edir.
Baş Prokurorluq Elşad Abdullayevin evində axtarış aparılması ilə bağlı məlumatları təkzib edir

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Baş Prokurorluq fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin Bakıdakı evində axtarış aparılması ilə bağlı məlumatları təkzib edir.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, bu gün bəzi kütləvi informasiya vasitələrində bununla bağlı "mötəbər" mənbəyə istinadən yayılmış məlumatlar həqiqəti əks etdirmədiyindən Baş Prokurorluq tərəfindən təkzib olunur.

Xatırladaq ki, həmin məlumatlarda fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin Bakıdakı evində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarış aparılması və oradan 400-ə qədər videokaset, eləcə də başqa materialların götürülməsi barədə xəbər verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti