Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda şəkərli diabet xəstəliyindən dünyasını dəyişən insanların sayında azalma müşahidə olunur. Trend-in məlumatına görə, bunu Respublika Endokrinoloji Mərkəzinin (REM) direktor müavini Yeganə Sultanova deyib.
Onun sözlərinə görə, 2005-ci ildə Azərbaycanda 960 nəfər bu xəstəlikdən vəfat edib. 2011-ci ildə isə bu xəstəlikdən ölənlərin sayı 710 nəfər olub.
Sultanova bildirib ki, Azərbaycanda diabet xəstəliyinə tutulan xəstələrin sayında artım müşahidə edilir.
O qeyd edib ki, hazırda Azərbaycanda 163 280 nəfər şəkərli diabet xəstəsi rəsmi qeydiyyatdadır. Onların 25,9%-i I tipə, 74,1%-i isə II tipə aiddir. Xəstələrin 32%-i Bakı şəhəri, 68%-i isə regionları əhatə edir.