...

Day.Az-ın kinozalı Azərbaycan kinosunu tamaşaçıya qaytarır

Cəmiyyət Materials 15 Noyabr 2012 19:04 (UTC +04:00)
Çox vaxt bu və ya digər filmə yenidən baxmaq istəyirik, lakin təəssüf ki, onu internet məkanında və hətta mağazalardakı disklərdə tapa bilmirik.
Day.Az-ın kinozalı Azərbaycan kinosunu tamaşaçıya qaytarır

Çox vaxt bu və ya digər filmə yenidən baxmaq istəyirik, lakin təəssüf ki, onu internet məkanında və hətta mağazalardakı disklərdə tapa bilmirik. Day.Az Azərbaycan kinematoqrafiyasını sevənləri nəzərə alaraq saytda sevimli filmlərimizə həsr edilmiş ayrıca bölmə yaradıb. Bunun üçün yalnız Day.Az saytına daxil olaraq "Kinozal" bölməsini seçdikdən sonra "Azərbaycan filmləri"ni tapmalı və ürəyinizə yatan filmi seçməlisiniz. Filmlərə baxış tam pulsuzdur və qeydiyyatdan keçmədən mümkündür.

Bu bölmə Azərbaycan kinematoqrafiyasının təkcə ölkə daxilində deyil, həmçinin xaricdə irəliləyişi məqsədilə Day.Az saytı tərəfindən yaradılıb. Azərbaycanda kinonun yaranmasından etibarən təqribən 240 tammetrajlı və 50-dən artıq qısametrajlı film, 1200-dən çox sənədli film və 100-ə yaxın cizgi filmi çəkilib.

İlk filmlər XIX əsrin sonu XX əsrin əvvəlində Bakıda çəkilib. Ölkədə böyük uğur qazanmış ilk kinokomediya "Arşın mal alan" Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında 1916-cı ildə çəkilib.

1920-ci illərdə Azərbaycan SSR-nin rəhbərliyi respublikada ilk kinofabrikin yaradılması haqqında qərar qəbul edib. Həmin kinofabrik indiki "Azərbaycanfilm" kinostudiyasının əsasını təşkil edib. Müəssisə 1961-ci ildən indiyədək ölkənin tanınmış dramaturqu, şairi və ssenari müəllifi Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası adlanır.

Dövrdən asılı olaraq filmlərin mövzusu dəyişib. 30-cu illərin əvvəllərində bədii filmlərin mövzusu müasir həyatdan götürülürdü. Filmlər, həmçinin tarixi-inqilabi mövzulara aid çəkilirdi. Bu sıraya "Lətif", "İsmət", "Almaz" və "Yeni üfüq" filmlərini aid etmək olar. Azərbaycanın ilk peşəkar kinorejissoru Səməd Mərdanov 1940-cı ildə "Kəndlilər" filmini çəkib. Bu, Azərbaycanın ən yaxşı filmlərindən biridir. Azərbaycanın neft mövzusunda çəkilən "Xəzər neftçiləri haqqında povest" və "Dənizi fəth edənlər" kimi bir sıra filmləri ölkə hüdudlarından kənarda, o cümlədən Kann kinofestivalında geniş təqdim edilib.

1960-cı illərdən etibarən Azərbaycanda getdikcə daha çox rəngli filmlər çəkməyə başladılar. Rejissor H.Seyidzadənin çəkdiyi eyniadlı xalq qəhrəmanına həsr edilmiş "Koroğlu" bədii filmi Azərbaycanın ilk genişekranlı rəngli filmi oldu. "Leyli və Məcnun" dastanının motivləri isə "Sevgi tarixi" filminin süjetinin əsasını təşkil edib.

Azərbaycan kinematoqrafiyasının şedevrlərinin sayını uzatmaq olar. 1950-ci ildə çəkilən və Beynəlxalq Kann Kinofestivalının mükafatına layiq görülmüş "Sovet Azərbaycanı" filmi belə şedevrlərdən biridir. Rejissor S.Məmmədovun "S.M.Kirov adına boğaz"da filmi 1955-ci ildə Beynəlxalq Venesiya Kinofestivalının mükafatına layiq görülüb. Bu sıraya həm də "Asif, Vasif, Ağasif", "Qaynana" kimi tanınmış və sevimli filmləri aid etmək olar.

Bir çox həmyerlilərimiz böyük məmnuniyyətlə sevimli filmlərə yenidən baxacaq, həmçinin dostlarına tövsiyə edəcəklər. Zəngin Azərbaycan kino sənayesi hamıya məlum olmalı və tanıdılmalıdır.

Daxil olun, baxın, bölüşün, dostlarınıza tövsiyə edin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti