...

Bu gün Azərbaycanda 400 minə yaxın insan sonsuzluqdan əziyyət çəkir

Cəmiyyət Materials 29 Noyabr 2012 14:57 (UTC +04:00)
Bu gün Azərbaycanda 400 minə yaxın insan sonsuzluqdan əziyyət çəkir, bunların böyük əksəriyyəti kişilərdir.
Bu gün Azərbaycanda 400 minə yaxın insan sonsuzluqdan əziyyət çəkir

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir M.Əliyev/

Bu gün Azərbaycanda 400 minə yaxın insan sonsuzluqdan əziyyət çəkir, bunların böyük əksəriyyəti kişilərdir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Elmi-Tədqiqat Mama-Ginekologiya İnstitutunun direktoru Faizə Əliyeva bildirib.

O qeyd edib ki, bu göstərici digər dünya ölkələri ilə müqayisədə çoxdur. Əliyeva deyib ki, bu gün Azərbaycanda yalnız 32 minə yaxın donora ehtiyac var və bu, Azərbaycan üçün elə də böyük rəqəm deyil.

İnstitut direktoru qeyd edib ki, Azərbaycanda ildə təxminən 1000 qadın süni mayalanma ilə bağlı müraciət edir.

Onun sözlərinə görə, Azərbaycanda süni mayalanma 2004-cü ildən həyata keçirilir və qısa zamanda başlanılsa da, bu sahədə əldə edilən uğurlar digər ölkələrdəki göstəricilərdən daha yaxşıdır.

"Əgər Avropada müraciət edənlərdən yalnız 30-35 faizi müsbət nəticə əldə edirsə, Azərbaycanda bu göstərici 40-45 faiz arasındadır", - Əliyeva deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti