...

Azərbaycan və Latviya sosial müdafiə sahəsində əməkdaşlığın gələcək perspektivlərini müzakirə edib (FOTO)

Cəmiyyət Materials 29 Noyabr 2012 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov və ölkəmizdə səfərdə olan Latviyanın rifah naziri xanım İlze Vinkele arasında görüş keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, görüşdə Ələkbərov ölkəmizdə həyata keçirilən əsaslı sosial-iqtisadi islahatlar, eyni zamanda, sosial təminat sisteminin təkmilləşdirilməsi, icra olunan mühüm sosial proqramlar, çoxşaxəli sosial müdafiə və aktiv məşğulluq tədbirləri barədə qonağa ətraflı məlumat verib.

Həmçinin, sosial tərəfdaşlar, beynəlxalq qurumlar və müxtəlif ölkələrin müvafiq nazirlikləri ilə əməkdaşlıq müstəvisində görülən işləri və əldə olunan nailiyyətləri qeyd edən nazir Azərbaycanla Latviya arasında əməkdaşlığın uğurla inkişaf etdiyini və bunun hər iki nazirlik arasında əməkdaşlıq əlaqələri üçün yaxşı imkanlar yaratdığını vurğulayıb.

Vinkele Azərbaycanda müşahidə olunan inkişaf dinamikasının ölkəsi tərəfindən maraqla izlənildiyini qeyd edərək, rəhbərlik etdiyi nazirliyin fəaliyyət sahələri, ölkəsində həyata keçirilən sosial proqramlar, aztəminatlı vətəndaşların dövlət tərəfindən dəstəklənməsi sahəsində Latviyanın malik olduğu təcrübə barədə geniş məlumat verib. O, iki ölkə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın hər iki tərəf üçün önəmli olduğunu qeyd edib.

Görüşdə hər iki nazirliyin fəaliyyət sahələrinə aid məsələlər və ikitərəfli əməkdaşlıqla bağlı gələcək perspektivlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti