...

Əlilliyi olan şəxslərin sosial müdafiəsinin daha etibarlı təminatı məsələləri müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 30 Noyabr 2012 13:16 (UTC +04:00)
Əlilliyi olan şəxslərin hüquqi statusunun daha dolğun müəyyən edilməsi və onların sosial müdafiəsinin daha etibarlı təminatı məsələlərinin müzakirəsinə həsr olunmuş konfrans keçirilib.
Əlilliyi olan şəxslərin sosial müdafiəsinin daha etibarlı təminatı məsələləri müzakirə olunub (FOTO)

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

3 Dekabr - Beynəlxalq Əlillər Günü ilə əlaqədar noyabrın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Əlil Təşkilatları İttifaqı ilə birgə əlilliyi olan şəxslərin hüquqi statusunun daha dolğun müəyyən edilməsi və onların sosial müdafiəsinin daha etibarlı təminatı məsələlərinin müzakirəsinə həsr olunmuş konfrans keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mMüvafiq hökumət və qeyri-hökumət qurumlarının, KİV nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov bildirib ki, dünya birliyinin layiqli üzvü olan müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin müdrik strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin düzgün düşünülmüş və zamanın çağırışlarına uyğun məqsədyönlü siyasəti nəticəsində iqtisadi keçid dövrünü başa vuraraq modern inkişaf yolunda inamla irəliləyən bir ölkədir.

Bütün sahələrdə tərəqqi proseslərinin geniş vüsət aldığı ölkəmizdə əlilliyi olan şəxslərin hüquqlarının təkmilləşdirilməsi və etibarlı müdafiəsi, onların maddi və mənəvi tələbatlarının ödənilməsi ilə bağlı tədbirlər də ilbəil güclənir.

Vüqar Həsənov, eləcə də digər çıxış edənlər dövlət tərəfindən əlil insanların rifah halının yaxşılaşdırılması, onların maddi və mənəvi tələbatlarının ödənilməsi istiqamətində görülən işlər, bu sahədə innovativ strategiyalar, sosial proqramlar və layihələr barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

Konfransda əlilliyi olan şəxslərin hüquqi statusunun daha dolğun müəyyən edilməsi və onların sosial müdafiəsinin daha etibarlı təminatı, tibbi-sosial və peşə reabilitasiyası, təhsili və peşə hazırlığı, əmək hüquqlarının qorunması, sosial infrastrukturdan, İKT imkanlarından istifadə edə bilmələri və s. istiqamətlər üzrə geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti