Azərbaycan, Bakı, 5 dekabr / Trend, müxbir A.Tağıyeva/
Türkiyədə hər beş qadından biri süd vəzisi xərçəngindən əziyyət çəkir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Türkiyənin "Haber7" telekanalı Türkiyə-Avropa Cərrahiyyə Mərkəzinə istinadən xəbər verir.
Mərkəzin məlumatına görə, son illərdə süd vəzisi xərçəngindən əziyyət çəkən qadınların sayı kəskin şəkildə artıb. Ölüm halları isə xəstələrin ümumi sayının 50 faizni təşkil edir.
Türkiyə Səhiyyə Nazirliyinin statistik məlumatına görə, 2011-ci ildə ölkədə xərçənglə xəstələnənlərin sayı 400 min nəfər təşkil edib və hər il bu xəstəliyin simptomları 150 min insanda aşkar olunur.
Son illər aparılan müşahidələr göstərir ki, ən çox sayda xəstələnmə hallArı Türkiyənin Mərmərə dənizi regionunda qeydə alınır.