...

Bakıda məhkumların kütləvi tibbi müayinəsi keçirilib

Cəmiyyət Materials 7 Dekabr 2012 14:35 (UTC +04:00)
Bakıda 11 saylı cəzaçəkmə müəssisəsində məhkumların kütləvi tibbi müayinəsi keçirilib.
Bakıda məhkumların kütləvi tibbi müayinəsi keçirilib

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda 11 saylı cəzaçəkmə müəssisəsində məhkumların kütləvi tibbi müayinəsi keçirilib.

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən Trend-ə verilən məlumata görə, dekabrın 3-dən 6-dək keçirilən müayinələrdə həkim-terapevt, həkim-cərrah, həkim-kardioloq, həkim-nevropatoloq, həkim-ftiziatr, həkim-rentgenoloq, həkim-psixiatr, həkim-narkoloq, həkim-dermato-veneroloq və digər ixtisaslı həkim mütəxəssislər iştirak ediblər.

Bir neçə gün ərzində müəssisədə saxlanılan məhkumların 96 faizi könüllü olaraq həkim baxışlarından və instrumental müayinələrdən keçiriliblər. Tələb olunan hallarda məhkumlara qanın laborator müayinəsi, bəlğəmin müayinəsi, ultrasəs müayinəsi və EKQ edilib.

İdarədən bildirilib ki, instrumental müayinələrə cəmi 200-dən artıq məhkum cəlb olunub.

Dar ixtisaslı həkimlərin baxışlarından və instrumental tibbi müayinələrdən 80-ə qədər məhkum keçirilib.

Müayinələr nəticəsində tələb olunan hallarda məhkumlara ambulator və stasionar müalicələr təyin edilib. Penitensiar Xidmətin müalicə müəssisələrinə köçürülmə və əlavə müayinələrə cəlb olunma məsələsi qaldırılıb.

Bu il ərzində Penitensiar Xidmətin 4, 7 və 15 saylı cəzaçəkmə müəssisələrində də məhkumların kütləvi müayinələri həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti